Ağasəlim Mircavadov: Tvente nin hücum xətti yaxşıdır, amma...
Icma.az, Fanat saytına istinadən bildirir.
UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçında Kiyev "Dinamo"suna 0:1 hesabı ilə uduzan "Qarabağ" Bakıda Ukrayna komandasını 2 cavabsız qolla üstələyərək növbəti mərhələyə yüksəldi və "Tvente"nin rəqibi oldu.
Azərbaycan millisinin və "Qarabağ"ın sabiq çalışdırıcısı Ağasəlim Mircavadovla əlaqə saxlayıb "köhlənlər"in dünənki oyunu, eləcə də "Tvente" ilə qarşıdakı görüşlər barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Qarabağ bu qələbəyə layiq idi. Ağdam təmsilçisi bir sıra qol epizodları yaratdı, lakin çoxundan yararlana bilmədi. Oyunçuların öz üzərində işlədikləri də hiss olunur. Baxmayaraq ki, ölkə təmsilçisi qalib gəldi, ancaq ikinci hissədə "Dinamo Kiyev"in performansı daha yüksək idi.
"Tvente"yə gəlincə, Niderland komandası "Dinamo"dan güclüdür. Dünən 3 top buraxdılar, amma ilk görüşdə 6 cavab matçında isə yenidən 3 dəfə fərqlənməyi bacardılar. Həmin vəziyyətləri yaxşı analiz etmək lazımdır. Üç topu necə buraxdıqlarını və ya əvvəlki rəqibə harada boşluqlar verdiklərini izləmək önəmlidir. "Tvente"nin hücum xətti yaxşıdır, amma müdafiədə bəzi problemləri var".
Qeyd edək ki, tərəflərin ilk qarşılaşması avqustun 20-də Niderlandda reallaşacaq.
Əlisahib İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 14 Avqust 2026 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















