Icma.az
close
up
RU
Ağasəlim Mircavadov: “Zirə” sanballı oyun sərgiləyir”

Ağasəlim Mircavadov: “Zirə” sanballı oyun sərgiləyir”

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan Premyer Liqasında başa çatan 29 turdan sonra “Qarabağ” turnir cədvəlinə liderlik edir.

“Atlılar” sona 7 tur qalmış ən yaxın izləyicisi “Zirə”ni 15 xal qabaqlayır. “Qartallar”ın aktivində hazırda 55 xal var.

İlk “3-lüy”ü isə 51 xalla “Araz-Naxçıvan” tamamlayır.

Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov çempionatın sonluğu ilə bağlı fikirlərini “Futbolpress.az”a bölüşdü:

“Qarabağ” bu mövsüm də çempion olacaq. Ümumiyyətlə, mən bunu oktyabrda demişdim. “Zirə”nin də getdikcə öz oyununu təkmilləşdirəcəyini düşünürdüm. Çünki keyfiyyətli legioner və yerli oyunçuları var və həm də ötən mövsümkü heyətini qoruyub saxlaya bildi. Elə “qartallar”ın da gümüş medal sahibi olacağını düşünürəm. “Zirə” sanballı oyun sərgiləyir. Hətta “Qarabağ”la son oyunda belə 1 xal qazana bilərdilər, amma Qismət Alıyev penaltini vura bilmədi. Futboldur, belə hallar olur. Ümumiyyətlə, özümün məşqçi olduğum dönəmlərdə belə bir komandanın bütün çempionat ərzində eyni səviyyədə futbol oynaması mümkünsüzdür. Ola bilər ki, hansısa periodda eniş olsun. Bunun olmaması üçün hər keçən mövsümlə yenini analiz etməlisən. Məsələn, məşq prosesini, həftəlikdə nə qədər fitnesə vaxt ayırırsan, nə qədər topla məşq edirsən və s. Bunlar vacib şərtlərdir. Hesab edirəm ki, “Zirə” artıq avrokubok oyunlarına hazırlaşır. İstəyərəm ki, avrokubokların qrupuna düşsünlər”.

Təcrübəli mütəxəssis avrokuboklara getmə şansları daha çox olan komandaların adlarını açıqladı:

“Qarabağ” və “Zirə” məlumdur. “Araz-Naxçıvan”ın da şansı çoxdur. Ölkə kubokunun ilk matçında da “Qarabağ”ı 1:0 udublar. Kubok əldən çıxsa belə, 3-cü yerin sahibi kimi Naxçıvan təmsilçisinin avrokuboklara gedəcəyini düşünürəm. Çünki 4-cü pillədə qərarlaşan “Turan Tovuz”un son dönəmlərdəki çıxışı çox aşağı səviyyədədir”.

AFFA-nın Məşqçilər Komitəsinin üzvü olan Mircavadov “Neftçi” ilə “Sabah”ın kubok oyununa da toxundu:

“İlk matçda “Sabah” öz oyunu ilə “Neftçi”ni 2:1 üstələdi. Hətta 1-2 epizod oldu, hansı ki, hesab daha da böyük ola bilərdi. Bu iki klubun çempionatla avrokuboklara gedəcək şansları azdır. Hər ikisi üçün ən qısa yol elə ölkə kubokudur”.

Futbol veteranı “Qarabağ”ın ölkə kubokunun yarımfinal mərhələsinin ilk matçında “Araz-Naxçıvan”a minimal hesabla məğlub olmasına baxmayaraq, şanslarının yüksək olduğunu bildirdi:

“Bu mövsüm hər iki komanda arasında keçirilən matçlara baxdıqda “Araz-Naxçıvan”ın “Qarabağ”a qarşı çox yaxşı oyun sərgilədiyini görərik. Amma çempionatla kubok oyunları fərqlidir. “Qarabağ” ilk oyunda məğlub olmasına baxmayaraq, həm heyəti güclüdür, həm də imkanları yaxşıdır”.

Mirkamal Kazım

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:343
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 10 Aprel 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri