Ağbənd Kəlalə avtomobil körpüsünün tikintisi Azərbaycana nə verəcək?
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
İranın xarici işlər nazirinin müavini jurnalistlərə deyib ki, Araz çayı üzərində Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisini Novruz bayramına qədər tamamlamağı planlaşdırırıq.
Bu bizim üçün nə verəcək?
Araz çayı üzərində Ağbənd-Kəlalə avtomobil körpüsünün açılması Zəngilan-Naxçıvan xəttində məsafəni mövcud Culfa marşrutu ilə müqayisədə təxminən 60-100 kilometr qısaldır. Bu fərq kağız üzərində sadə görünə bilər, amma real iqtisadi təsiri kifayət qədər ölçülə biləndir.
Avtomobil daşımalarında, xüsusilə kənd təsərrüfatı məhsulları üzrə, qəbul edilən praktik yanaşmaya görə hər 100 kilometrlik məsafə məhsulun maya dəyərinə orta hesabla 0.5-3 %v əlavə yük yaradır. Məhsul ucuz olduqda, həcmi böyük olduqda və ya soyuduculu daşınma tələb edildikdə bu göstərici 3-6 %-ə qədər yüksələ bilir.
Məsələn, 1 ton məhsulun dəyəri 1000 man. olduqda 100 km-lik yol daşınma xərci hesabına maya dəyərini təxminən 0.8-1.5 % artırır. Eyni məsafə 1 ton məhsulun dəyəri 300-400 man. olan mallarda 2-5 %-lik təsir yarada bilir. Yəni yolun hər kilometri məhsul ucuzlaşdıqca daha ağır hiss olunur.
Bu baxımdan marşrutun 60-100 kilometr qısalması kənd təsərrüfatı və gündəlik istehlak mallarında məhsulun maya dəyərində təxminən 0.3-3 % aralığında birbaşa qənaət effekti yaradır. Bunun üzərinə vaxt itkisi azalır, yanacaq sərfi düşür, sürücü və texniki resurslardan istifadə daha səmərəli olur, gecikmə və məhsul itkisi riskləri zəifləyir.
Logistika xərci məhsulun qiymətində adətən görünməyən, amma bazar davranışını müəyyən edən əsas amillərdən biridir. Məsafə qısaldıqca regionlararası qiymət fərqləri azalır, tədarük daha stabil olur və Naxçıvan istiqamətində bazarın proqnozlaşdırıla bilmə səviyyəsi yüksəlir.
Bu layihənin real iqtisadi dəyəri məhz buradan başlayır. Praktikada 100 kilometrlik yol bəzən məhsulun maya dəyərində 3 faizə qədər fərq yarada bilir. Bu isə artıq bazarda hiss oluna bilən nəticədir.
Eldəniz Əmirov, iqtisadçı
Bu mövzuda digər xəbərlər:Ağbənd Kəlalə yeni avtomobil körpüsünün tikintisi bu ilin sonuna yekunlaşacaq
13 Oktyabr 2025 10:28
Ağbənd Kəlalə körpüsünün son halı Video
19 Noyabr 2025 09:13
“Ağbənd Kəlalə” körpüsünün bölgə üçün HANSI ƏHƏMİYYƏTİ VAR?
14 Oktyabr 2025 10:10
Ağbənd Kəlalə körpüsünün inşası ilə tanışlıq oldu FOTOLAR
18 Noyabr 2025 20:13
Ağbənd Kəlalə körpüsünün tikintisinin Novruz bayramına qədər tamamlanması planlaşdırılır
23 Yanvar 2026 19:11
Baxış sayı:39
Bu xəbər 25 Yanvar 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















