Şahin Mustafayev: Ağbənd Kəlalə avtomobil körpüsünün tikintisi başa çatıb
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisi artıq başa çatıb.
APA xəbər verir ki, bunu Bakıda keçirilən iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-İran Dövlət Komissiyasının 17-ci iclasında Baş nazirin müavini, Komissiyanın Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayev deyib.
O bildirib ki, sərhəd-gömrük infrastrukturunun inşası tamamlandıqdan sonra körpünün istismara verilməsi nəzərdə tutulur.
Şahin Mustafayev qeyd edib ki, sözügedən layihə Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvanla ən qısa və səmərəli marşrutla birləşdirəcək, eyni zamanda, Fars körfəzi ilə Qara dənizi əlaqələndirən əlverişli avtomobil marşrutunun mühüm tərkib hissəsini təşkil edəcək.
Bu mövzuda digər xəbərlər:Ağbənd Kəlalə avtomobil körpüsünün tikintisi yekunlaşıb
07 Sentyabr 2026 10:57
Ağbənd Kəlalə avtomobil körpüsünün tikintisi Azərbaycana nə verəcək?
25 Yanvar 2026 13:00
Ağbənd Kəlalə yeni avtomobil körpüsünün tikintisi bu ilin sonuna yekunlaşacaq
13 Oktyabr 2025 10:28
Ağbənd Kəlalə körpüsünün son halı Video
19 Noyabr 2025 09:13
Ağbənd Kəlalə körpüsü Şərqi Zəngəzuru Naxçıvanla ən qısa marşrutla birləşdirəcək Şahin Mustafayev
23 Fevral 2026 20:19
Baxış sayı:109
Bu xəbər 23 Fevral 2026 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















