Ağbənd Kəlalə yeni avtomobil körpüsünün tikintisi bu ilin sonuna yekunlaşacaq
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şimal-Cənub Nəqliyyat Dəhlizinin vacib komponenti olan və İranın Astara şəhərində yerləşən Azərbaycan Dəmir Yollarına məxsus Cənub Yük Terminalının tikintisi yekunlaşmaq üzrədir.
APA xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə deyib.
Baş nazirin müavini bildirib ki, 2022-ci ilin mart ayında Azərbaycan və İran arasında imzalanmış Hökumətlərarası Anlaşma Memorandumuna əsasən Araz çayı üzərində inşası davam edən Ağbənd-Kəlalə yeni avtomobil körpüsü regionun strateji nəqliyyat infrastrukturunun mühüm hissəsinə çevriləcək:
"Araz dəhlizinin vacib komponenti olan körpünün tikintisinin bu ilin sonuna kimi, müvafiq sərhəd-gömrük infrastrukturu ilə birlikdə isə gələn ilin birinci rübündə yekunlaşdırılması nəzərdə tutulub”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 13 Oktyabr 2025 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















