Icma.az
close
up
RU
Ağcabədi, Goranboy və Samuxda fermerlərə aqrar sığorta ödənişləri edilib AZƏRTAC

Ağcabədi, Goranboy və Samuxda fermerlərə aqrar sığorta ödənişləri edilib AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 16 yanvar, AZƏRTAC

Azərbaycanda dövlət dəstəkli aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır. Aqrar Sığorta Fondu müxtəlif hadisələrdən zərər çəkmiş təsərrüfatlara sığorta ödənişlərini davam etdirir.

Fonddan AZƏRTAC-a bildirilib ki, bu çərçivədə Ağcabədi, Samux və Goranboy rayonlarında meyvə bağları, taxıl sahələri və mal-qara üzrə ödənişlər edilib.

Ağcabədi rayonunda fermer Həbib Hüseynova məxsus alça bağında dolu vurması nəticəsində baş verən sığorta hadisəsi üzrə təsərrüfata 17 min 870 manat, Goranboy rayonunda Rəhimli kəndində fermer Sadiq Abdullayevə məxsus arpa əkini sahəsinə sel-subasma hadisəsi nəticəsində dəyən zərər üzrə 13 min 791 manat, Goranboy rayonunda fermer Nadir Həsənova məxsus alça bağına fırtına hadisəsi nəticəsində dəyən zərər üzrə 17 min 12 manat, Samux rayonunda isə fermer İlkin Mirzəyevə məxsus iribuynuzlu mal-qaranın yoluxucu xəstəlik nəticəsində tələf olması üzrə fermerə 3600 manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Sığorta ödənişi tədbiri çərçivəsində Goranboy rayonunun Rəhimli kəndində fermerlərlə görüş keçirilib, Aqrar Sığorta Fondunun nümayəndələri yerli sakinlərə aqrar sığorta, onun üstünlükləri, aqrar sığorta şərtləri, aqrar sığortanın əhatə etdiyi məhsullar və təminat verdiyi risklər barədə geniş məlumat veriblər.

Heyvanlarını və əkin sahələrini sığorta etmək istəyən fermerlər Aqrar Sığorta Fondunun yerli filiallarına və 1651 Çağrı mərkəzinə müraciət edə, sığorta tariflərini isə Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi səhifəsində, sığorta kalkulyatorları bölməsindən özləri hesablaya bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Yanvar 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri