Icma.az
close
up
RU
Qobustanda doludan zərər çəkən fermerlərə aqrar sığorta ödənişləri edilib AZƏRTAC

Qobustanda doludan zərər çəkən fermerlərə aqrar sığorta ödənişləri edilib AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 23 dekabr, AZƏRTAC

Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəkli aqrar sığorta mexanizmi üzrə fermerlərə zərər ödənişləri davam edir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Aqrar Sığorta Fondu Qobustan rayonunda müxtəlif təbiət hadisələri nəticəsində fermer təsərrüfatlarına dəymiş zərərlər üzrə sığorta ödənişləri edib. Fondun nümayəndələri Qobustan rayonunda olub, yerli fermerlərlə görüşüb, onlara aqrar sığortanın üstünlükləri, heyvandarlıq sığortasında güzəştlər, sığorta müraciəti zamanı fermerlərin diqqət yetirməli olduğu məqamlar, xüsusilə əkinin düzgün bəyan edilməsinin əhəmiyyəti barədə məlumat veriblər.

Görüşlərdə zərər çəkən fermerlərə ödənişlər təqdim edilib. Ödənişlər əsasən məhsul yığımı ərəfəsində Qobustanda müşahidə olunan güclü dolu hadisəsi nəticəsində arpa və buğda əkinlərinə dəyən zərərləri əhatə edib. Hadisə nəticəsində təsərrüfatı zərər görən və məhsul itkisi ilə qarşılaşan fermerlər bildiriblər ki, aqrar sığorta ödənişi hesabına onlar təsərrüfat fəaliyyətlərini davam etdirə biləcəklər.

Bu mövsüm Qobustanda ən böyük ödəniş Buxsar Eyyubova məxsus buğda sahəsinə dəyən zərərə görə edilib. Ekspert rəyləri və müvafiq məlumatlar əsasında fermerin sahəsinə dəyən zərərin həcmi 21 min 122 manat məbləğində müəyyənləşib.

Dolu fermer Hikmət Məmmədovun buğda sahəsində məhsul itkisinə səbəb olub, dəymiş zərərə görə Aqrar Sığorta Fondu tərəfindən fermerə 8 min 52 manat sığorta ödənişi edilib.

Fermer Elnur Paşayevə məxsus buğda sahəsinə dəyən zərərin məbləği 7 min 718 manat, arpa sahəsinə dəymiş zərər isə 6 min 872 manat hesablanıb, nəticədə fermerə məhsul itkisinə görə ümumilikdə 14 min 590 manat sığorta ödənişi həyata keçirilib.

Bundan başqa, Kamran Ağayevin arpa sahəsinə dəyən zərərə görə 6 min 375 manat, Qəmzə Həmzəyevanın arpa sahəsinə dəyən zərərə görə 6 min 204 manat sığorta ödənişi verilib.

Aqrar Sığorta Fondunun məlumatına görə, 2024-cü ildə Qobustanda baş verən təbiət hadisələri üzrə zərər ödənişləri kəskin artıb. 2023-cü ildə Qobustanda 435 hektarda fırtına hadisəsi qeydə alınmış, fermerlərə 140 min 620 manat ödəniş edilmişdi.

2024-cü ildə isə fırtına, dolu və sel-subasmadan zərər çəkmiş sığortalı sahələr 1000 hektarı keçib və fermerlərə 256 min 918 manat sığorta ödənişi verilib. Sığorta ödənişlərinin məbləğinin artması keçən illə müqayisədə həm hadisələrin, həm də sığortadan yararlanan fermer sayının artmasının nəticəsidir.

Qeyd edək ki, 2024-cü ilin ilk 11 ayında ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin aqrar sektora vurduğu zərərə görə Aqrar Sığorta Fondu tərəfindən fermerlərə ümumilikdə 5 milyon manatdan çox sığorta ödənişi verilib. İlin sonuna qədər ödəniş məbləğinin 6 milyon manatı keçəcəyi gözlənilir.

Xatırladaq ki, aqrar sığorta mexanizmi vasitəsilə 48 növ bitkiçilik məhsulunu, eləcə də iri və xırdabuynuzlu heyvanları sığortalamaq mümkündür. Sığorta şərtləri, tariflər barədə məlumatı Fondun www.asf.gov.az rəsmi vebsaytından əldə etmək mümkündür. Fermerlər saytda bitkiçilik və heyvandarlıq kalkulyatorlarında ödəyəcəkləri sığorta haqqını özləri də hesablaya bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2024 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see235

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see172

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see152

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see144

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see142

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see141

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see140

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see133

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri