Icma.az
close
up
RU
Ağcabədidə pambıq yığımına 55 kombayn cəlb olunacaq

Ağcabədidə pambıq yığımına 55 kombayn cəlb olunacaq

Icma.az bildirir, Azertag portalına istinadən.

Ağcabədi, 2 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə məhsul yığımına hazırlıq görülür.

Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektorunun baş mütəxəssisi Ramiz Quluzadə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu il rayonda 3163,06 hektarı “Azərpambıq” MMC-nin Ağcabədi filialı, 3840 hektarı “Prime cotton” MMC-nin Ağcabədi filialı, 2500 hektarı “P-Aqro” MMC, 889,01 hektarı “Hüseyn Pambıq İK” MMC, 207,87 hektarı “Prime cotton” MMC-nin Ağdam filialı, 49 hektarı “Azərpambıq” MMC-nin Ağdam filialı, 100 hektarı “Azərşəkər” MMC və 1042,6 hektar “Cotton Trade” MMC ilə müqavilə əsasında olmaqla, ümumilikdə 11 min 791,54 hektar sahədə pambıq becərilib.

Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir. Artıq kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilir, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir. Pambıq yığımına 55 kombayn, 316 lafet, 189 traktor, 49 çiləyici və 10 yükləyici cəlb ediləcək.

Bundan başqa, məhsul yığımına qədər çatışmayan əlavə texnikaların gətirilməsi nəzərdə tutulub.

Ağcabədi DAİM tərəfindən tədarükçü şirkətlərə pambıq yığımı zamanı pambıqyığan maşınların səmərəli işləməsi üçün dislokasiya qrafikinin tərtib edilməsi, yığılmış pambıq lafetlərdə daşınarkən yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, pambığın yetişməsi nəzərə alınmaqla defolyasiyaya başlanılması ilə bağlı müraciət ünvanlanıb. Sentyabrın ortalarında pambıq tarlalarında defolyasiya işləri həyata keçiriləcək. Məhsul yığımına isə sentyabrın sonlarında başlanılacaq. Pambıq sahələrində aparılmış müşahidələrin nəticəsi göstərir ki, tarlalarda məhsuldarlıq ötən ilə nisbətən daha yüksək olacaq.

Qeyd edək ki, 2024-cü ildə Ağcabədi rayonunda 13 min 112 hektar sahədə pambıq əkilib, 37 min 277 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 28,4 sentner olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri