Bakıda iki avtobus marşrutunun yolu dəyişdi
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Paytaxtın Mehdiabad qəsəbəsinin 28 May və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Modern.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, məhdudiyyət səbəbindən 147 və 179 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilib. Təmir işləri yekunlaşanadək 147 nömrəli müntəzəm marşrutun avtobusları metronun “Azadlıq” stansiyası istiqamətində Mehdiabad qəsəbəsinin mərkəzinə daxil olmadan Digah qəsəbəsinin Zəlimxan Yaqub və Mehdiabad qəsəbəsinin 28 May küçələri ilə hərəkət edəcək. 179 nömrəli müntəzəm marşurutun hərəkəti isə Mehdiabad qəsəbəsinin Fazil İsmayılov, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və 28 May küçələri ilə təşkil edilib.
Baxış sayı:113
Bu xəbər 26 Oktyabr 2026 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















