Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Ağdam Şəhəri Günü zəfərin simvoludur ŞƏRH

Ağdam Şəhəri Günü zəfərin simvoludur ŞƏRH

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan 20 Noyabr – Ağdam Şəhəri Günü xalqımızın qürur, birlik və əzmkarlıq rəmzidir. 30 ilə yaxın davam edən işğal dövründən sonra Ağdamın dinc yolla azad olunması Azərbaycanın diplomatik və hərbi sahədə əldə etdiyi tarixi qələbənin mühüm tərkib hissəsidir. Bu gün təkcə bir şəhərin azad olunması deyil, həm də haqqın, ədalətin və tarixi yaddaşın bərpası deməkdir. Qarabağın incilərindən biri olan Ağdam qədim tarixi, zəngin mədəniyyəti və unikal memarlıq abidələri ilə həmişə seçilib. Bölgə Azərbaycanın iqtisadi və mədəni həyatında mühüm rol oynamış, kənd təsərrüfatı, xüsusilə üzümçülük, taxılçılıq sahələrində ölkənin aparıcı mərkəzlərindən biri olmuşdur. Ağdam eyni zamanda görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinin vətənidir. Muğam sənətinin inkişafında və təbliğində Ağdam məktəbinin müstəsna xidmətləri var. Şəhər təkcə coğrafi məkandan ibarət deyil, Azərbaycanın mənəvi kodlarının və milli kimliyinin ayrılmaz hissəsidir.

1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Ağdam ağır dağıntılara məruz qaldı. İşğal nəticəsində şəhər tamamilə viran edildi, tarixi abidələr, məscidlər, qəbiristanlıqlar və sosial infrastruktur yerlə-yeksan olundu. Dünya ictimaiyyəti və beynəlxalq media nümayəndələri işğaldan sonra Ağdama səfər edərkən gördükləri mənzərəni "Qafqazın Xirosiması" adlandırmışdılar. Şəhərin daşüstündə daş qoyulmamışdı, hər qarış torpaq minalanmışdı. Lakin bütün bu vandalizmə baxmayaraq, ağdamlıların və bütövlükdə Azərbaycan xalqının qəlbində doğma yurda qayıdış ümidi heç vaxt sönmədi. 2020-ci ilin payızında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün ərzində həyata keçirdiyi "Dəmir Yumruq" əməliyyatı düşməni diz çökdürdü. Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən 10 Noyabr üçtərəfli Bəyanatına əsasən, hərbi əməliyyatlara son qoyuldu və Ağdam rayonu bir güllə atılmadan, bir damla qan tökülmədən, siyasi-diplomatik yolla noyabrın 20-də azad edildi. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ağdama daxil oldu və üçrəngli Azərbaycan bayrağı şəhərin mərkəzində ucaldıldı. Bu tarix Azərbaycanın həm döyüş meydanında, həm də siyasi müstəvidə qazandığı böyük zəfərin təntənəsi idi.
Bu gün Ağdamda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri XXI əsrin ən böyük şəhərsalma layihələrindən biri hesab olunur. Dövlət başçısının təşəbbüsü ilə Ağdam şəhərinin baş planı hazırlanıb və "Ağıllı şəhər", "Ağıllı kənd" konsepsiyalarına uyğun olaraq müasir infrastruktur qurulur. Bərdə-Ağdam avtomobil və dəmir yolu xətlərinin çəkilməsi, enerji, su və rabitə xətlərinin bərpası bölgənin iqtisadi həyatını yenidən canlandırır. Ağdam Sənaye Parkının yaradılması sahibkarlar üçün geniş imkanlar açır, yeni iş yerlərinin açılmasına və əhalinin məşğulluğunun təmin edilməsinə xidmət edir. Erməni vandalizminə məruz qalmış Ağdam Cümə məscidi və digər tarixi-mədəni abidələr əsaslı şəkildə bərpa olunaraq öz əvvəlki görkəminə qaytarılır.
20 Noyabr – Ağdam Şəhəri Günü xalqımızın iradəsinin, dövlətimizin qüdrətinin və şəhidlərimizin qanı bahasına əldə edilmiş zəfərin simvoludur. Dağıdılmış Ağdam bu gün əzmlə və sürətlə yenidən qurulur, sabahın müasir, yaşıl və çiçəklənən məkanına çevrilir. Doğma yurdlarından ayrı düşmüş ağdamlıların ata-baba yurdlarına qayıdışı artıq reallığa çevrilir və bu dirçəliş hər bir azərbaycanlının qəlbində sonsuz qürur hissi yaradır.

Vüsar İsmayılov
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Noyabr 2026 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see318

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see299

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see291

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see284

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see274

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see266

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see259

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see259

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see252

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see251

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see246

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see237

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see233

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see231

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see231

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see227

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see218

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see212

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see208

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri