Icma.az
close
up
RU
Ağdam və ağdamlılar Böyük Qayıdış yolunda

Ağdam və ağdamlılar Böyük Qayıdış yolunda

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

İşğaldan azad olunan Ağdam şəhərinə bu ilin oktyabr-noyabr aylarında ilk köçün həyata keçirilməsi planlaşdırılır. Ağdam təxminən 2000 hektarlıq ərazini əhatə edən 100 min əhalini məşkunlaşdıracaq ölkənin 4-cü ən böyük şəhəri olacaq. 2026-cı ilə qədər Ağdama 20-25 min civarında əhalinin köçürülməsi nəzərdə tutulub. Şəhərin 500 hektarlıq ərazisində müxtəlif infrastruktur obyektləri, muğam mərkəzi inşa olunacaq. İmarət Kompleksi hazırdır, Cümə məscidi restavrasiya olunub. İşğal və Zəfər muzeyləri inşa ediləcək. 2026-cı ilin sonuna qədər yaşayış üçün zəruri olan bütün məsələlərin tamamlanması nəzərdə tutulub.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, yaxın vaxtlarda rayonun Xıdırlı və Kəngərli kəndlərinə də ilk köç olacaq: "Xıdırlıda 719, Kəngərlidə isə 292 fərdi yaşayış evi tikilib. Bundan başqa, bütün qeyri-yaşayış obyektlərinin də tikintisi başa çatıb. Tamamlanma işləri görülüb. Tezliklə o kəndlərin sakinlərini qəbul etməyə hazırıq. Ağdam şəhərində isə 5 məhəllənin inşası nəzərdə tutulub. Onlardan birinin tikintisinə başlanılıb. Şəhərə oktyabr-noyabr aylarında ilk köç planlaşdırılır".

Millət vəkili Anar Məmmədovun sözlərinə əsasən, uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbi əməliyyatlar zamanı kəndbəkənd, qarışbaqarış azad edilib. Azad olunan hər bir kənd isə növbəti yaşayış məntəqəsindən düşmənin qovulması üçün strateji mövqeyə çevrilib. Ağdamın Azərbaycana təhvil verilməsindən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdama səfər edərək Azərbaycan Bayrağını burada da qaldırdı. Tarixi Qələbədən sonra isə milli ideyanın ikinci mərhələsi - azad edilən torpaqların minalardan təmizlənməsi, düşmənin xarabalığa çevirdiyi yurd yerlərini dirçəltmək, genişmiqyaslı infrastrukturu qurmaq, Böyük Qayıdışa hazırlaşmaqdan ibarət oldu. Bununla da Ağdamda böyük quruculuq-bərpa işləri başlandı: "Ermənilərin vaxtilə viran qoyduqları ərazilərimizdə hazırda irimiqyaslı layihələr icra olunur. Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələri salınır. Ağdam şəhəri elə bir layihə ilə qurulur ki, onun dünyada bənzəri olmayacaq. Təbii ki, bütün bunlar ağdamlıların böyük sevincinə və gələcək arzularına qol-qanad verir. Bəli, artıq Ağdamın bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb. Burada aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə dövlətimizin başçısı şəxsən özü nəzarət edir. Bu mənada Prezident İlham Əliyevin bu rayona hər səfəri aparılan yenidənqurma işlərinə yeni töhfələr verməkdədir".

A.Məmmədovun fikrincə, Prezidentin işğaldan azad olunmuş ərazilərə hər səfəri regionun dirçəlməsi üçün ən vacib infrastruktur layihələrinin icrası və təməlqoyma mərasimləri, tarixi-mədəni, dini abidələrin bərpası ilə müşayiət olunur, Böyük Qayıdışı addım-addım yaxınlaşdırır. İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik məsələləri nəzərə alınmaqla, infrastruktur təminatının strateji hədəflərə uyğunlaşdırılması, nəqliyyat sisteminin fasiləsiz fəaliyyəti üçün yolların çəkilməsi, telekommunikasiya şəbəkələrinin qurulması, elektrik, su, istilik və qaz təchizatının təmin edilməsi prioritet istiqamətlərdəndir. İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdam rayonunda da bir sıra mühüm infrastruktur layihələrinin icrası davam etməkdədir: "Göründüyü kimi, azadlığına qovuşmuş Ağdamın quruculuq, bərpa və inkişaf dövrü başlayıb. Artıq 4 ildir bütün dünyaya göstəririk ki, öz yurdumuzu düşməndən geri almağı bacardığımız kimi, onu dirçəltməyə, gözəlləşdirməyə də hər imkanımız var. Qarabağın mərkəzi rayonu Ağdam Prezidentin rəhbərliyi və nəzarəti ilə xarabalıqlardan baş qaldırıb ucalır, yenidən ağ günlərinə qovuşur. Çox keçməyəcək ki, onun əvvəlki acı mənzərəsinin yerində müasir, işıqlı, öz sakinlərinin isti nəfəsi ilə canlanmış gözəl bir şəhər görəcəyik".

Millət vəkili Vüqar Rəhimzadə qeyd edib ki, tarixi Zəfərimizin yaratdığı reallıqlardan biri təbii ki, azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışıdır. Son dörd ildən artıq dövrdə soydaşlarımızın qayıdış ünvanlarının say tərkibinə diqqət yetirdikdə bərpa-quruculuq işlərinin miqyası daha aydın görünür. Prezident İlham Əliyev tarixi Zəfərimizdən dərhal sonra bərpa işlərinə başlanan andan belə bir çağırış etdi ki, Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevriləcək, bura qayıdan soydaşlarımızın rahat yaşayışı üçün bütün zəruri addımlar atılacaq. Bu gün böyük əminliklə qeyd edirik ki, Qarabağda və Şərqi Zəngəzurda görülən işlər Azərbaycanın şəhərsalma təcrübəsinin dünyaya təqdimatıdır. 30 illik işğal dövründə tamamilə dağıdılan, yerlə-yeksan edilən torpaqlarımız müasir tələblərə uyğun olaraq yenidən qurulur, bu ərazilərdə müasir yeniliklər tətbiq edilir. Bu torpaqlarda müasir idarəçilik sisteminin yaradılması təqdir edilir. Azad olunan bütün şəhər və kəndlərimiz, qəsəbələrimiz Azərbaycanın dünyaya təqdim etdiyi yeni təcrübə - "ağıllı şəhər" və "ağıllı kənd" layihələri üzrə yenidən qurulur: "Qeyd edim ki, "ağıllı kənd" layihəsinin ilk tətbiq olunduğu ərazi Zəngilan rayonunun Ağalı kəndi oldu. İlk "ağıllı şəhər" isə Ağdam şəhəri olacaq. 30 illik işğal dövründə tamamilə dağıdılan Ağdam şəhəri, rayonun bütün kəndləri bir daha düşmənin xislətinin, düşmənçiliyinin göstəricisidir. "Təsadüfi deyil ki, bəzi xarici ekspertlər, jurnalistlər Ağdama səfər edərkən öz təəccübünü və hətta hiddətini gizlədə bilmirlər" - deyən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, onları Ağdamı "Qafqazın Xirosiması" adlandırırlar. Amma fərq ondadır ki, Xirosima atom bombası nəticəsində viran qoyulub, Ağdamı isə 30 il ərzində erməni oğrular, talançılar sökərək daşlarını da aparıb müxtəlif yerlərdə satırdılar. Bu, misli görünməmiş vəhşilikdir. Erməni faşizmi faşizmin ən yüksək nöqtəsidir. Ağdam yenidən qurulur. Bərpa-quruculuq işlərində xüsusi diqqət göstərilən məsələlərdən biri infrastruktur layihələrinin icrasıdır. Bunu Ağdam şəhərinin, rayonun kəndlərinin timsalında da aydın görmək mümkündür. Ağdam-Bərdə yolu yenidən quruldu. Ağdam-Xankəndi yolu inşa edilir. Dəmir yolu çəkilir. Bu il istifadəyə veriləcək. Ağdama dəmir yolu ilə rahat gəlmək mümkün olacaq. Vağzal kompleksi inşa edilir. Birinci bərpa olunan bina Ağdam məscidi oldu. Muğam Mərkəzi inşa edilir. "İmarət" Kompleksi bərpa edildi. Natəvanın qəbri bərpa olundu. Xaçınçay su anbarı yenidən quruldu. Məktəb binası, xəstəxana tikilir, böyük sənaye kompleksi fəaliyyət göstərir. Artıq Ağdamda bir neçə müəssisə fəaliyyət göstərir ki, bu, Qarabağ, Şərqi Zəngəzur bölgəsinin ən böyük sənaye kompleksi olacaq. Bir neçə yaşayış kompleksi inşa edilir, bu il istifadəyə veriləcək".

Vüqar Rəhimzadə bildirib ki, bərpa-quruculuq işlərində hər bir bölgənin turizm imkanları da nəzərdə tutulur. Bu baxımdan Ağdamda iki mehmanxana artıq fəaliyyətə başlayıb. Əgər bütövlükdə azad edilmiş torpaqlarda gedən işləri götürsək, qısa müddət ərzində bu qədər bərpa işləri heç bir ölkədə heç vaxt görülməyib".

Millət vəkilinin dediyinə görə, işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları ilə hazırda mühüm işlər görülür. Bu, "Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda da öz əksini tapıb. Yeni məktəb binalarının inşası işğaldan azad olunmuş ərazilərimizə köçən şagirdlərin savadlı və bilikli yetişməsi məsələsinə Azərbaycan dövlətinin nə qədər həssaslıqla yanaşdığını aydın nümayiş etdirir.

Millət vəkili Könül Nurullayeva qeyd edib ki, işğaldan azad olunmuş bütün ərazilərimiz kim, Ağdamın da siması dəyişir: "Burada şəhər və kəndlər müasir standartlara uyğun şəkildə bərpa olunur. Müharibədən sonra Ağdamın mənzərəsi dəhşətli idi. Burada daş üstə daş qalmamışdı. Ağdam şəhəri faktiki yox idi. Yalnız Cümə məscidinin qalıqları qalmışdı, düşmən onu hərbi məqsədlər üçün, artilleriya atəşinin tənzimlənməsi niyyəti ilə saxlamışdı. Düşmənin bu davranışın bir neçə səbəbi var idi. Prezident İlham Əliyev Ağdama səfər zamanı da bildirmişdi ki, bunun ilk səbəbi bizə olan nifrət idi. "İkincisi, Azərbaycan xalqının mədəni irsini bu torpaqlardan silmək məqsədi və əlbəttə ki, gələcəkdə elə bir vəziyyət yaratmaq ki, Azərbaycan əhalisi bu torpaqlara qayıda bilməsin".

K.Nurullayevanın sözlərinə görə, Ağdam həmçinin ən çox mina ilə çirkləndirilmiş bölgədir: "Bununla belə, son 5 ildə Ağdamda genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. 2021-ci il müstəqillik günündə - mayın 28-də Ağdam şəhərinin bərpasına başlandı. Bu tarix də təsadüfən seçilməmişdi. Beləliklə, azad edilmiş torpaqlarda birinci Baş Plan Ağdamda təsdiqləndi. Əsas plan 33 kəndin ətrafında quruldu. Kəngərli, Baş Qərvənd, Sarıcalı kimi onlarla kəndin təməli qoyuldu. Bu gün Ağdamda irimiqyaslı sənaye parkları inşa edilib, tarixi-mədəni abidələr bərpa edilməkdədir. Vaxtilə ərazisi 700-800 hektar olan Ağdam şəhəri indi iki dəfə böyüdülüb".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Aprel 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri