Icma.az
close
up
RU
Ağdam Zəfərdən sonra yenidən doğulan şəhər

Ağdam Zəfərdən sonra yenidən doğulan şəhər

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.”

Müzəffər Ali Baş Komandan İlham Əliyev

Ağdam – adı kimi aydın, taleyi kimi sarsıdıcı, ruhu kimi yenilməz bir şəhər. Onun adı qədim türk dillərində “kiçik qala” mənasını versə də, bu gün Ağdam həm də böyük qürurun, dirçəlişin və milli möhkəmliyin rəmzinə çevrilib. XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın ağ daşdan tikdirdiyi imarət şəhərin adını və simasını müəyyənləşdirmişdi. O vaxtdan bəri Ağdam — günəşlə nurlanan “ağ ev”, mədəniyyətin və həyatın beşiyi kimi yaddaşlarda qalıb.Arxeoloji tədqiqatlar sübut edir ki, Ağdam torpağı səkkiz min illik sivilizasiyanın izlərini ehtiva edir özündə. Üzərriktəpədə aparılan qazıntılar, tapılan qədim əkinçilik və maldarlıq izləri, mis dövrünə aid artefaktlar göstərir ki, bu torpaq Qafqazda ilk şəhər mədəniyyətlərindən birinin beşiyi olub. Buranın qədimliyi və zəngin tarixi, elə bil, hər qarışında insan əlinin, zəhmətin və yaradıcı ruhun nişanəsini daşıyır.1993-cü il iyulun 23-də Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biridir. 42 gün davam edən döyüşlərdən sonra Ağdamın 73 faizi işğal edildi. 128 min insan doğma yurdundan didərgin düşdü, 6 mindən artıq qəhrəman şəhid oldu. Çörək muzeyi, məktəblər, məscidlər, mədəniyyət evləri, sənaye müəssisələri – hamısı yerləyeksan edildi. Ağdam o zaman Qafqazın Xirosiması adlandırıldı. Ermənilərin törətdiyi dağıntılar təkcə şəhərin daşına, torpağına deyil, bir millətin yaddaşına vurulan yaraydı.BMT-nin 853 saylı qətnaməsi, ATƏTin Minsk Qrupunun çağırışları, dünyanın sükutu... Hamısı o qanlı illərdə haqqın, ədalətin səssiz qaldığını göstərirdi. Lakin Azərbaycan xalqı sükut etmədi – o, illərlə qisasını, ədalətini, haqqını ürəyində daşıdı.2020-ci ilin 20 noyabrı tarixin dönüş nöqtəsinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ağdamı döyüşsüz azad etdi. Bu, həm hərbi, həm siyasi, həm də mənəvi zəfər idi. 27 illik nisgilin yerini 27 illik qürur aldı. Azad olunduqdan sonra Ağdam sürətli yenidənqurma və quruculuq işlərinin mərkəzinə çevrildi. Prezident İlham Əliyevin 2022-ci ildə təsdiq etdiyi Ağdam şəhərinin 2040-cı ilədək Baş Planı bu torpağın gələcəyini müəyyənləşdirən strateji yol xəritəsidir. Artıq şəhərdə beş məhəllə konsepsiyası üzrə tikinti işləri aparılır, yaşayış binaları, məktəblər, körpələr evi, parklar və yollar inşa olunur. 2025-ci ilin oktyabrına qədər 825 ailənin – 3318 nəfərin doğma torpağına qayıdışı həyata keçirilib. Ağdam bu gün Böyük Qayıdış proqramının simvol şəhəri kimi dirçəlir.İşğaldan azad olunan ilk illərdə burada əsası qoyulan Ağdam Sənaye Parkı artıq regionun iqtisadi mərkəzinə çevrilib. 190 hektarlıq ərazidə 28 sahibkarlıq subyekti fəaliyyət göstərir, 938 nəfər daimi işlə təmin olunub. Bu, sadəcə iqtisadi inkişaf deyil – Qarabağın həyat damarlarının bərpasıdır.Mədəniyyətin paytaxtı kimi tanınan Ağdamda bu gün Muğam Mərkəzi, Zəfər Muzeyi, İşğal Muzeyi, İmarət Kompleksi, Şahbulaq qalası kimi dəyərlər yeni həyat qazanır. 474 yerlik konsert zalı, amfiteatr, muzeylər, məktəblər – hamısı bir məqsədə xidmət edir: Ağdamın ruhunu geri qaytarmaq.Bu gün Ağdamda dəmir yolu, avtovağzal kompleksi, yeni yaşayış massivləri, məktəblər, mehmanxanalar, su anbarları və enerji infrastrukturu ardıcıl şəkildə istifadəyə verilir. Hər açılışda Prezident İlham Əliyevin sözlərindəki qətiyyət bir daha təsdiqlənir:“Biz Ağdamı dirçəldəcəyik, bərpa edəcəyik, onu əvvəlkindən də gözəl edəcəyik.”Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 noyabr “Ağdam şəhəri günü” kimi qeyd olunur. Bu tarix təkcə bir şəhərin azadlığı deyil, Azərbaycan xalqının iradəsinin, mübarizəsinin və qürurunun bayramıdır.Bu gün Ağdamda küləklər artıq dağıntıların səsi ilə deyil, yenidən qurulan həyatın nəfəsi ilə əsir. Və bu nəfəs – Zəfərin, Dirçəlişin, Böyük Qayıdışın səsidir.

Elnarə Akimova
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Noyabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri