Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Ən çox qazanan televiziya aktyorları...

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

2027 ci ildən Bakıya köç daha da artacaq?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Ağdam yaddaşımızda yaşayan tarix, yenidən qurulan şəhər ŞƏRH

Ağdam yaddaşımızda yaşayan tarix, yenidən qurulan şəhər ŞƏRH

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ağdam Azərbaycan tarixinin, Qarabağın zəngin mədəni irsinin və xalqımızın yaddaşında silinməz iz qoymuş taleyüklü hadisələrin təcəssümüdür. Bu şəhərin adı çəkiləndə insanın düşüncəsində bir-birini tamamlayan iki mənzərə canlanır: əsrlər boyu formalaşmış tarixi-mədəni irs və işğal nəticəsində xarabalığa çevrilmiş şəhər. Lakin Ağdamın taleyi yalnız dağıntılarla ölçülmür. Bu gün o, milli iradənin, qayıdış əzminin və quruculuq qətiyyətinin ifadəsinə çevrilib. 20 Noyabr – Ağdam Şəhəri Günü də məhz bu tarixi yolun, itirilmiş yurdun yenidən Vətənə qovuşmasının rəmzi kimi xüsusi məna daşıyır.

Qarabağ düzünün dağətəyi hissəsində yerləşən Ağdamın tarixi XVIII əsrə gedib çıxır. Qarabağ xanlığının yaranması və bölgənin siyasi, iqtisadi, mədəni həyatının formalaşması ilə bağlı bu ərazi mühüm tarixi məkanlardan biri olub. Ağdamın keçmişi yalnız coğrafi mövqeyi və şəhər həyatı ilə deyil, burada qorunub saxlanılmış memarlıq və incəsənət nümunələri ilə də zəngindir. Pənah xanın imarəti və türbəsi, Xanoğlu türbəsi, XV əsrə aid Sərdabə, XIX əsrdə inşa edilmiş türbələr və digər tarixi abidələr bölgənin çoxqatlı keçmişini əks etdirir. Bu irs Ağdamın Azərbaycan tarixində tutduğu yeri göstərməklə yanaşı, onun mədəni kimliyinin ayrılmaz hissəsini təşkil edir.

Ağdamın tarixi əhəmiyyəti yalnız memarlıq abidələri ilə məhdudlaşmır. Bölgənin arxeoloji və tarixi mühiti Qarabağın keçmişinin öyrənilməsi baxımından da diqqətəlayiqdir. Buradakı abidələr müxtəlif dövrlərin həyat tərzi, memarlıq ənənələri və ictimai münasibətləri haqqında təsəvvür yaradır. Bu baxımdan Ağdamın qorunması və bərpası sadəcə şəhərsalma və tikinti məsələsi deyil, həm də milli tarixi yaddaşın, mədəni irsin gələcək nəsillərə çatdırılması məsuliyyətidir.

Lakin bu zəngin tarixi irs XX əsrin sonlarında ağır sınaqla üzləşdi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 1993-cü il iyulun 23-də Ağdam rayonu işğal edildi. Şəhər və ətraf yaşayış məntəqələri uzun illər davam edən işğalın ağır nəticələri ilə üz-üzə qaldı. Yaşayış evləri, ictimai binalar, sosial obyektlər və mədəni irs nümunələri dağıntılara məruz qaldı, şəhərin əvvəlki siması dəyişdirildi. Bir vaxtlar həyatın qaynadığı, insanların qurub-yaratdığı Ağdam işğal dövründə genişmiqyaslı dağıntıların və talanın acı mənzərəsini yaşadı.

Ağdamın işğalı beynəlxalq səviyyədə də diqqətdən kənarda qalmamışdı. BMT Təhlükəsizlik Şurasının 1993-cü il 29 iyul tarixli 853 saylı qətnaməsində Azərbaycanın Ağdam rayonunun işğalı xüsusi narahatlıqla qeyd edilmiş, Ağdam və Azərbaycanın digər işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdu. Qətnamədə mülki əhaliyə hücumlar, yaşayış məntəqələrinin bombardman edilməsi və artilleriya atəşinə tutulması da pislənilmişdi. Beləliklə, Ağdamın işğalı və mülki əhalinin üzləşdiyi təhlükələr beynəlxalq sənəddə öz əksini tapmış, lakin uzun illər bu tələblərin icrası təmin edilməmişdi.

İşğalın nəticələri yalnız dağıdılmış tikililərdən ibarət deyildi. Ağdamlıların doğma evlərindən, torpaqlarından ayrı düşməsi, nəsillərin öz ata-baba yurduna həsrət qalması, tarixi-mədəni irsin zədələnməsi bu faciənin ən ağır tərəfləri idi. Şəhərin xarabalığa çevrilməsi xalqımızın yaddaşında dərin iz buraxdı. Ağdam bir tərəfdən işğalın və dağıntının simvoluna çevrildisə, digər tərəfdən doğma torpağa qayıtmaq ümidinin yaşadıldığı məkan oldu. Bu ümid illər boyu ağdamlıların yaddaşında, mübarizəsində və Vətənə bağlılığında qorunub saxlanıldı.

Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində aparılan mübarizə 2020-ci ildə tarixi nəticə ilə yekunlaşdı. Vətən müharibəsində qazanılan Zəfər və 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Ağdam rayonu 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarıldı. Bununla da 27 ildən artıq davam edən işğala son qoyuldu. Həmin gün Prezident İlham Əliyevin xalqa müraciəti ağdamlıların uzun illər gözlədiyi qayıdışın siyasi və mənəvi əhəmiyyətini ifadə etdi. Dövlət başçısı ağdamlılara müraciətində onların artıq məcburi köçkün olmadığını, doğma torpaqlarına qayıdacaqlarını bildirdi. 20 Noyabrın Ağdam Şəhəri Günü kimi təsis edilməsi isə bu tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsinin ifadəsidir.

Ağdamın azad edilməsindən sonra şəhərin real vəziyyəti dünya ictimaiyyətinə bir daha nümayiş etdirildi. 2020-ci il noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərinə səfər etdilər. Dövlət başçısı burada Azərbaycan bayrağını ucaltdı, dağıdılmış Cümə məscidini ziyarət etdi. Bu səfər Ağdamın işğaldan azad olunmasının təkcə hərbi-siyasi hadisə deyil, həm də tarixi ədalətin bərpası olduğunu nümayiş etdirirdi. Şəhərin dağıdılmış mənzərəsi işğalın miqyasını göstərsə də, bayrağımızın ucaldığı Ağdamda artıq yeni dövr başlayırdı.

Prezident İlham Əliyevin Ağdamın gələcəyi ilə bağlı qətiyyətli mövqeyi bu yeni mərhələnin əsas ideyasını müəyyənləşdirdi: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” Bu fikir yalnız bərpa və yenidənqurma ilə bağlı vəd deyil, həm də dövlətin öz vətəndaşlarının doğma torpaqlarına qayıdışını təmin etmək əzminin ifadəsidir. Ağdamın yenidən qurulması tarixi ədalətin bərpası, dağıdılmış mədəni irsin qorunması və şəhər həyatının yenidən canlandırılması kimi geniş məzmun daşıyır.

Bu gün Ağdamın qarşısında yeni inkişaf mərhələsi açılıb. Şəhərin və kəndlərin bərpası, tarixi abidələrin qorunması, sosial və iqtisadi infrastrukturun yaradılması, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı vahid məqsədə – Ağdamın əvvəlki həyatının müasir inkişaf tələblərinə uyğun şəkildə bərpasına xidmət edir. Ağdamın taleyi bir daha göstərir ki, şəhərləri yalnız binalar və küçələr deyil, onların tarixi, insanları, mədəniyyəti və yaddaşı yaşadır. Bu yaddaş qorunduqca, Ağdamın keçmiş şöhrəti də yeni quruculuq mərhələsində öz davamını tapacaq.

Rövşən Həsənov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü

Yeniqışlaq kənd ümumi orta məktəbin direktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Noyabr 2026 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see365

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see319

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see304

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see284

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see283

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see279

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see279

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see274

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see257

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see252

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see249

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see244

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see241

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see238

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see235

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see234

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see227

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see221

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see206

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri