Icma.az
close
up
RU
Kəlbəcərin Zəfərdən sonrakı yenidən doğuluşu

Kəlbəcərin Zəfərdən sonrakı yenidən doğuluşu

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

25 noyabrın “Kəlbəcər şəhəri günü” kimi qeyd olunması bu qədim diyarın tarixində və Azərbaycanın dövlətçilik ənənəsində mühüm hadisədir. Kəlbəcər həm qədimliyinə, həm strateji mövqeyinə, həm də müasir dövrdə qazandığı yeni inkişaf dinamikasına görə xüsusi əhəmiyyət daşıyır. Ermənistanın uzun illər boyunca Kəlbəcərdə həyata keçirdiyi qeyri-qanuni məskunlaşdırma siyasəti bölgənin etnik tərkibini dəyişmək və tarixi kimliyini təhrif etmək məqsədi güdürdü. İşğal dövründə burada qanunsuz məskənlər salınmış, infrastruktur dağıdılmış, tarixi abidələr vandalizmə məruz qalmışdı. 2020-ci ilin 44 günlük Vətən müharibəsi bu təcavüzkar siyasətə son qoydu. Kəlbəcərin azad olunması ölkənin təhlükəsizliyi və regionda geostrateji balans baxımından xüsusi əhəmiyyətə malik idi. Azərbaycanın siyasi iradəsi, güclü hərbi potensialı, strateji və taktiki planlaması bu qələbəni təmin etdi. Üçtərəfli Bəyanata uyğun olaraq Ermənistan ordusunun Kəlbəcəri tərk etməsi prosesində isə düşmən tərəfin törətdiyi dağıntılar, yanğınlar və vandalizm onların barbar simasını bir daha nümayiş etdirdi. Kəlbəcərin azad olunmasının əbədiləşdirilməsi məqsədilə 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Regionun qədimliyi isə arxeoloji faktlarda, tarixi qalalarda, kurqanlarda, alban məbədlərində öz əksini tapır. Azərbaycanın ən yüksək dağlıq rayonlarından biri olan Kəlbəcər 1930-cu ildə inzibati rayon statusu alıb, 1993-cü il 2 aprel tarixində Ermənistan tərəfindən işğal olunub. BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi Ermənistan qoşunlarının dərhal çıxarılmasını tələb etsə də, bu çağırışa əməl edilməmişdi. Şanlı Zəfərdən sonra Kəlbəcərin dirçəlişi yeni mərhələyə qədəm qoydu və 25 noyabrın “Kəlbəcər şəhəri günü” elan edilməsi tarixi ədalətin bərpasının təntənəsinə çevrildi. Bölgənin gələcək inkişafı “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” çərçivəsində həyata keçirilir. Şəhərdə 524 ailəlik yaşayış məhəlləsi salınır. Yanşaq kəndində 421, Zallar kəndində 487, Zar kəndində isə 855 ailənin məskunlaşdırılması nəzərdə tutulur. Bu layihələr Kəlbəcərin kompleks şəkildə yenidən qurulmasına xidmət edir. İnfrastrukturun bərpası bölgənin inkişafında əsas istiqamətlərdən biridir. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu regionu ölkənin digər əraziləri ilə birləşdirən strateji layihədir. Eyni zamanda enerji infrastrukturu yenilənir, su ehtiyatlarından səmərəli istifadə üçün müasir texnoloji həllər tətbiq olunur. Turizm potensialının artırılması məqsədilə “İstisu” Müalicə-İstirahət Kompleksi və “İstisu” mineral su zavodu yenidən qurulur. Bütün bu layihələrin icrası Müzəffər Ali Baş Komandan İlham Əliyevin Kəlbəcərə etdiyi ardıcıl səfərlərlə müşayiət olunur. Bu səfərlər bölgənin inkişafına göstərilən yüksək diqqətin və dövlətin quruculuq iradəsinin bariz göstəricisidir. Bu gün Kəlbəcər həm azadlığın, həm dirçəlişin, həm də gələcəyə inamın rəmzi kimi yeni tarixini yazmaqdadır və 25 noyabr bu böyük dönüşün simvoluna çevrilmişdir.
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri