Icma.az
close
up
RU
Ağdamda elmi konfrans keçirildi Fotolar

Ağdamda elmi konfrans keçirildi Fotolar

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Ağdam Muğam Mərkəzində "Qasım bəy Zakir və Qarabağ ədəbi-ictimai mühiti” mövzusunda elmi konfrans keçirilib.

Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Millət vəkili Bəxtiyar Əliyev, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, Filologiya elmləri doktoru, professor, Qasım bəy Zakir irsinin tədqiqatçısı Raquf Kərimov, xalq şairi Sabir Rüstəmxanlı, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, idarə, müəssisə və təşkilatların rəhbərləri, Qasım bəy Zakir nəslinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Konfrans iştirakçıları əvvəlcə Ulu öndərin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək ruhuna ehtiramlarını ifadə ediblər.

Daha sonra görkəmli ədibin yaşadığı Xındırıstan kəndində iştirakçılar tərəfindən müxtəlif ağac və gül kolları əkilib.

Ağdam Muğam Mərkəzində davam edən konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər XIX əsr realist Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Qasım bəy Zakirin ədəbi irsinin xalqımızın mədəniyyət xəzinəsinə daxil olmasından, onun yaradıcılığında ana dilimizin imkanlarının dolğun əks etdirilməsindən, Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə Qasım bəy Zakirin Azərbaycanda əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına salınmasından bəhs ediblər.

Tədbirin gedişində Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə Haşımova tərəfindən çəkilmiş ədibin portreti və tədbirdə iştirak edən alimlərin müxtəlif mövzulara aid kitabları Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova təqdim edilib.

Tədbirin bədii hissəsində Ağdam Musiqi kollecinin "Qarabağ instrumental ansamblı”nın müşayiəti ilə Respublikanın əməkdar artisti Fehruz Səxavətin, kollecin müəllim və tələbələrinin ifasında müxtəlif musiqi nömrələri konfrans iştirakçılarına təqdim edilib.

 

///Qafqazinfo

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 09 Mart 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri