Icma.az
close
up
RU
Ağdamda ümumrayon tədbiri keçirildi FOTOLAR

Ağdamda ümumrayon tədbiri keçirildi FOTOLAR

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

28 dekabr 2024-cü il tarixdə Ağdam Muğam Mərkəzində 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri, qazilər, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının və “Azərbaycan Hava Yolları” QSC-yə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

RİH başçısı Vaqif Həsənov tədbirdə çıxış edərək rayon əhalisini və tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etmiş, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq arenadakı fəaliyyətindən və daxili siyasətindən, onun rəhbərliyi ilə ölkədə sosial islahatların, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və infrastrukturun inkişafı sahələrində çoxsaylı layihələrin həyata keçirilməsindən bəhs etmişdir.

Tədbirin bədii hissəsində Ağdam Musiqi kollecinin “Qarabağ instrumental ansamblı”nın müşayiəti ilə Respublikanın əməkdar artistləri Səbuhi İbayevin, Fehruz Səxavətin, kollecin müəllim və tələbələrinin ifasında müxtəlif musiqi nömrələri səsləndirilmiş, Ağdam Dövlət Dram Teatrının aktyorları tərəfindən hazırlanmış səhnəcik tədbir iştirakçılarına təqdim edilmişdir.

Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyun 2024-cü il tarixli 171 nömrəli Sərəncamı ilə Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Xatınbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sərvər Sarıkişiyevin dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunduğu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı RİH başçısı Vaqif Həsənov tərəfindən ona təqdim edilib. Eyni zamanda qulluqda fərqlənən əməkdaşlara Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim olunub.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://unikal.az
archiveBu xəbər 28 Dekabr 2024 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri