Icma.az
close
up
RU
Ağdamda “Qardaşlıq körpüsü” konfransı keçirildi Fotolar

Ağdamda “Qardaşlıq körpüsü” konfransı keçirildi Fotolar

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İyunun 4-də “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Ağdam şəhərində Azərbaycan və Türkiyə şəhid ailələrinin iştirakı ilə “Qardaşlıq körpüsü” adlı konfrans keçirib. 

“Qafqazinfo” xəbər verir ki, konfrans Azərbaycanın Dövlət Himni, Türkiyənin “İstiqlal Marşı”nın səsləndirilməsi, Türk dünyası şəhidlərinin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb, Azərbaycan və Türkiyənin şəhid ailələri ilə işə dair videoçarx nümayiş etdirilib.  

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova konfransın əsas məqsədinin iki qardaş ölkənin şəhid ailələri arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin təşviqi və ortaq milli-mənəvi dəyərlərin gələcək nəsillərə çatdırılması olduğunu diqqətə çatdırıb. 

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib. 

Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Şəhid və Qazi Ailələri ilə İş Agentliyinin şöbə müdiri Ayşənur Dinç Azərbaycan və Türkiyənin şəhid ailələri arasında əlaqələrin genişlənməsinin böyük mənəvi dəyəri olduğunu bildirib.

Türkiyədən şəhid ailəsinin üzvü -  Diyarbəkir şəhidi Ahmet Kılıçarslanın həyat yoldaşı Aişə Kılıçarslan yenidən qurulan, azadlığına qovuşmuş Qarabağ barədə yüksək təəssüratlarını bölüşüb, Azərbaycandan olan şəhid ailələrinə Vətən yolunda qurban verdikləri övladları ilə nə qədər fəxr etsələr, az olduqlarını bildirib. Tədbirdə Ağdamın ictimaiyyət nümayəndələri - Çimnaz Əliyeva, Səbinə Gözəlova, Tünzalə Vəliməmmədova da iştirak edib, onlar çıxışlarında şəhid ailələrinə mənəvi dəstək ifadə ediblər. 

Konfransda Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllimi Səbinə Ərəbli və Əməkdar artist Fehruz Məmmədovun iştirakı ilə musiqi proqramı təqdim olunub.

Səfər proqramı çərçivəsində nümayəndə heyəti Bakı, Xankəndi, Şuşa, Xocalı və Ağdam şəhərlərini ziyarət edib. Qonaqlar Şuşa qalası, Cıdır düzü, Gövhər Ağa məscidi, Qarabağ Universiteti və Xankəndidə yerləşən Zəfər Parkı ilə tanış olublar.

Layihənin donoru Azərbaycanın QHT Agentliyidir.







Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 İyun 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri