Icma.az
close
up
RU
Ağdamda İƏT Gənclər Forumu çərçivəsində regional inkişafda gənclərin roluna dair panel keçirilib

Ağdamda İƏT Gənclər Forumu çərçivəsində regional inkişafda gənclərin roluna dair panel keçirilib

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) “Davamlı və İqlimə Dayanıqlı Gələcəyin qurulması üçün gənclərin rolunun artırılması” mövzusuna həsr olunmuş Gənclər Forumu çərçivəsində “Yüksək səviyyəli perspektivlər: “Regional inkişafda gənclərin rolu” paneli keçirilib.

APA-nın xəbərinə görə, Qırğız Respublikasının mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin birinci müavini Soiuzbek Nadyrbekov bildirib ki, bu Forumun gənclər arasında həmrəyliyi gücləndirəcəyinə inanır.

İƏT Təhsil İnstitutunun prezidenti Mehmet Akif Kireççi gələcəyin təhsilsiz mümkün olmadığını vurğulayıb: “Ölkələr arasında tələbə mübadiləsi önəmlidir. Məsələn, hazırda Türkiyə və İran arasında bu sahədə addımlar atılır. Azərbaycan və Orta Asiya ölkələri arasında musiqilər oxşardır, bu məsələyə də diqqət yönəldilə bilər”.

Özbəkistanlı fəal Şaxnozakhon Rakhmanova bildirib ki, Azərbaycan COP29-a, indi isə İƏT forumlarına, sammitinə ev sahibliyi edir: "Bu, sülhlə bağlı mühüm mesajdlr".

İƏT Elm Fondunun prezidenti Sayed Komali Tayabi hesab edir ki, elmə xüsusi diqqət yetirilməlidir, elm varsa, cəmiyyət də inkişaf edir: "Dayanıqlı inkişafın arxasında insan kapitalı dayanır. İƏT regionu, o cümlədən Azərbaycan böyük potensiala malikdir, çünki əhalinin yarıdan çoxu gənclərdir. Bu gənclərin potensialından istifadə edilməlidir. Ona görə də region ölkələrini daha çox innovasiyalara yönəlik siyasət həyata keçirməyə çağırırıq".
Azərbaycan Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədov rəsmi Bakının 14 qlobal, 7 regional təşəbbüslə çıxış etdiyini nəzərə çatdırıb: “COP29 çərçivəsində həyata keçirilən təşəbbüsləri bu sırada xüsusi qeyd etmək istəyirəm. Bakıda qəbul olunmuş Bələdçi Prinsipləri hazırda ölkələr tərəfindən təsdiqlənir. Keçirilən COR-la bağlı koalisiya da formalaşmaqdadır. İqlim maliyyəsi və ticarət investisiyası da COP29 çərçivəsində mühüm nailiyyətdir. İlk dəfə bu iki sahəni bir araya gətirmişdik. Bu, dayanıqlı iqlim baxımından önəmlidir. Bu tədbir - İƏT sammiti tarixi əhəmiyyət daşıyır, ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə İƏT həftəsi keçirilir” .

Panel müzakirələrlə davam edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://apa.az
archiveBu xəbər 01 İyul 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see227

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see172

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see161

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see155

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see154

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see139

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see139

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see136

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see135

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see134

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri