Icma.az
close
up
RU
Ağdamda ECO nun Gənclər Forumu keçirilib YENİLƏNİB VİDEO

Ağdamda ECO nun Gənclər Forumu keçirilib YENİLƏNİB VİDEO

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Ağdam, 1 iyul, AZƏRTAC

İyulun 1-də Ağdam rayonunda İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Həftəsi çərçivəsində ECO-nun Gənclər Forumu keçirilib.

AZƏRTAC-ın Ağdama ezam olunan müxbiri xəbər verir ki, Forumun məqsədi ECO ölkələrindən olan gəncləri regional dialoqa cəlb etmək, müvafiq məsələlərin həll yollarını təklif etmək və tövsiyələr toplusunu təqdim etməklə qərarların qəbuluna təsir göstərməkdən ibarət olub.

Forumda təşkilata üzv olan 9 dövlətdən 50-yə yaxın gənc, dövlət orqanlarının nümayəndələri, ECO rəsmiləri və ekspertlər iştirak ediblər.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Qarabağda ilk dəfə Gənclər Forumunun təşkil edildiyini və belə tədbirlərin Azərbaycanda güclü gənclər siyasətinin mövcudluğunun göstəricisi olduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyevin gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığını qeyd edən nazir bildirib: "Ölkə üzrə 35 gənclər evi, 100-lərlə gənclər təşkilatları, fondları və mərkəzləri fəaliyyət göstərir. Biz, həmçinin beynəlxalq tədbirlər təşkil edirik. Ümidvaram ki, bu tədbirin yekununda gənclər siyasətinə aid olan yaxşı sənədə imza atılacaq".

ECO-nun Baş katibi Əsəd Məcid Xan ECO regionunun öz mədəniyyətləri, müxtəlifliyi, iqtisadiyyatları, cəmiyyətləri ilə fərqləndiyini, üzv ölkələrdə olan əhalinin 60 faizinin məhz gənclərdən ibarət olduğunu bildirib. Onun sözlərinə görə, yaxşı təhsilə malik olan gənclər dayanıqlılığı, inkişafı və regional artımı irəliyə aparacaq bir gücə çevriləcək: "Dünyanın müxtəlif yerlərində çağırışlar üzə çıxır. Bu regionda gənclər öz sözlərini deməlidirlər. Demək olar ki, bütün dünya üzrə gənclərin 30 faizi məşğuliyyətlə, həmçinin əmək bazarına çıxışla bağlı problemlərlə üzləşir. Gənclərə bu gün müəyyən bacarıqlar formalaşdırmaq imkanı yaradılmalıdır. Əlbəttə ki, yeni iş yerləri haqqında danışırıqsa, texniki bacarıqlar, bilik və savad çox vacibdir. Çünki biz yeni gələcək iqtisadiyyat haqqında danışırıq. Həmçinin ECO regionunda gənc qadınlar məşğulluq baxımından böyük məhrumiyyətlərlə üzləşirlər. Siyasi mübarizə, münaqişələr səngimir ki, bu da qeyri-mütənasib şəkildə gənclərə təsir göstərir, yoxsulluğu daha da kəskinləşdirir və daha çox gərginliyə yol açır. Lakin ölkələrimiz arasında tarix və dəyərlər baxımından çox oxşarlıqlar var. Biz istənilən imkandan istifadə etməliyik ki, bir-birimizi daha çox tanıyaq, körpülər salaq, öyrənək, təcrübə mübadiləsi aparaq. Bu da əslində, bizim planlarımızın bir hissəsidir və gələcəyə doğru yatırılan sərmayədir".

Daha sonra Gənclər Forumu çərçivəsində "Yüksəksəviyyəli perspektivlər: Regional inkişafda gənclərin rolu" mövzusunda plenar panel, "Ölkə müdaxilələri: Gənclərin milli strategiyalarının davamlı inkişafa töhfəsinin qiymətləndirilməsi üzrə Milli Perspektivlər” mövzusunda panel sessiya keçirilib.

Panel müzakirələrin sonunda isə gənclər tərəfindən İşçi qruplar yaradılıb və üç istiqamətdə - iqtisadi və ticari əməkdaşlıq, davamlılıq və texnologiya, insan inkişafı və insanlar arasında dialoq məsələləri ətrafında müzakirələr aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyul 2025 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri