Icma.az
close
up
RU
Ağdamda Yüksəksəviyyəli perspektivlər: Regional inkişafda gənclərin rolu mövzusunda plenar panel keçirilib VİDEO

Ağdamda Yüksəksəviyyəli perspektivlər: Regional inkişafda gənclərin rolu mövzusunda plenar panel keçirilib VİDEO

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Ağdam, 1 iyul, AZƏRTAC

Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Gənclər Forumu çərçivəsində iyulun 1-də "Yüksəksəviyyəli perspektivlər: Regional inkişafda gənclərin rolu" mövzusunda plenar panel keçirilib.

AZƏRTAC-ın Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarovanın moderatorluğu ilə keçən plenar paneldə çıxış edən Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin birinci müavini Soiuzbek Nadyrbekov təmsil etdiyi ölkənin gənclər siyasətindən bəhs edib. O, hər il ölkəsində keçirilən gənclər forumunun 2 minə yaxın gənci bir araya gətirdiyini diqqətə çatdırıb.

"Gəlin elə edək ki, Ağdamda keçirilən Gənclər Forumu ideyanın başlanğıcına çevrilsin, aradakı həmrəyliyi gücləndirsin", - deyə S.Nadyrbekov forum iştirakçılarına səslənib.

Forumda İqtisadi Əməkdaşlıq Təşkilatının regionunun gələcəyini təmin edən şəxslərin bir araya gəldiyini deyən ECO Təhsil İnstitutunun rəhbəri Mehmet Akif Kireççi həyatımızın hər bir aspektini əhatə edən təhsilin önəmindən bəhs edib: "İnkişaf mexanizmlərində təhsil bir model kimi göstərilir. Gənclərin nəinki nəzəri, həmçinin əməli bacarıqlarını müasir zəmanənin tələblərinə uyğunlaşdırması üçün lazımi təhsil imkanları olmalıdır. Ən bacarıqlı gəncləri irəli doğru çəkməliyik. Gənclərin təhsil alması dünyada baş verən proseslərlə bağlı məlumatlı olması baxımından önəmlidir".

Özbəkistandan olan gənc nümayəndə Şahnozaxon Raxmanova gənclərin burada siyasəti formalaşdıran şəxslərlə, elmi dairələrlə bir araya gəlməsinin xüsusi əhəmiyyətə malik olduğunu deyib. ECO regionunda 500 milyondan çox insanın yaşadığını və onların əksər hissəsinin gənclər olduğunu qeyd edən Özbəkistan nümayəndəsi forumun gənclərə öz fikirlərini ifadə etməyə şərait yaradan mühüm platforma olduğunu deyib.

ECO Elm Fondunun prezidenti Sayed Komail Tayabi iqtisadi inkişaf üçün elmin vacibliyindən bəhs edib: "Elm olan cəmiyyətdə inkişaf da var. Bu da inklüziv iqtisadi artım deməkdir. Digər yandan insan kapitalını formalaşdırır. İqtisadi, dayanıqlı inkişafın əsasında insan kapitalı dayanır. Təşkilat olaraq təhsil sahəsinə sərmayə yatırırıq. Bu da yekun nəticədə bizi dayanıqlı inkişafa gətirir. ECO regionu, o cümlədən Azərbaycan böyük potensiala malikdir. Çünki əhalinin əksər hissəni gənclər təşkil edir. Gənclər arasında təhsilin inkişafına xüsusi diqqət yetirilməsinə dair digər qabaqcıl ölkələrin təcrübəsi region üçün modeldir və gələcəyimizin təmini baxımından bir yoldur. Region ölkələrinə səslənərək demək istəyirəm ki, elm, təhsil, innovasiyaya əsaslanan siyasətə daha çox sərmayə yatırsınlar. Elm, texnologiya və innovasiya sahəsində gənclər daha çox təmsil olunsun".

Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov Azərbaycanın COP29 çərçivəsində Qlobal Bakı Təşəbbüsü ilə çıxış etdiyini və onun iqlim müqaviməti baxımından insan kapitalının formalaşdırılmasını hədəflədiyini vurğulayıb: "Həmçinin Bakı Bələdçi Prinsiplərini tərtib etdik. Bu zaman 12 prinsip hazırlandı və 14 beynəlxalq təşkilatı ilə birgə bəyanat qəbul etdik. Hazırda görürük ki, Bakıda qəbul olunmuş bələdçi prinsiplər ölkələr tərəfindən təsdiqlənir. Digər təşəbbüsümüz iqlim maliyyəsi və ticarət üzrə investisiyadır. Keçid dövrü yaşayan ölkələrə yardım məqsədilə ticarət investisiyası və iqlim maliyyəsini - ilk dəfə olaraq iki sahəni bir araya gətirdik. İrəli sürülən təşəbbüslər üçün Asiya İnkişaf Bankından dəstək alırıq. Hesab edirəm ki, ECO-da da bunu həyata keçirə bilərik".

Plenar panel fikir mübadiləsi ilə davam edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyul 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see227

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see172

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see161

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see155

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see154

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see139

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see139

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see136

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see135

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see134

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri