Icma.az
close
up
RU
Ağdamda imtahan keçirilməsinə icazə verilmir?

Ağdamda imtahan keçirilməsinə icazə verilmir?

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ağdam rayonunda fəaliyyət göstərən “Zəfərə Doğru” Tədris Mərkəzi Müstəqil Qiymətləndirmə Mərkəzinin (MQM) sınaq imtahanlarının rayon ərazisində təşkilinə icazə verilmədiyini iddia edir. 

Qeyd olunur ki, ötən il imtahanlar tərəflərin razılığı ilə Bərdədə fəaliyyət göstərən kurs vasitəsilə keçirilsə də, bu il Ağdamda müstəqil təşkilatçı kimi fəaliyyət göstərmək istəkləri qəbul olunmayıb. 

“Cebheinfo.az” “Zəfərə Doğru” Tədris Mərkəzinin müəllimi Fidanə Məmmədova ilə əlaqə saxlayaraq, məsələyə aydınlıq gətirib. O bildirib ki, Ağdamda yeni imtahan mərkəzinin yaradılması üçün müraciət edilib: 

“Biz Ağdam rayonunda fəaliyyət göstəririk. Kursumuzun adı “Zəfərə Doğru” Tədris Mərkəzidir. Artıq 4 buraxılışımızı yola salmışıq, bu isə fəaliyyətimizin 5-ci ilidir. 

Bu il yüksək nəticə göstərən şagirdlərimizin sayı həddindən artıq çox olub. Region olaraq artıq öz sözümüzü demişik. Biz istəyirik ki, Müstəqil Qiymətləndirmə Mərkəzinin imtahanlarının keçirilməsi üçün rəsmi imtahan mərkəzi statusunu alaq və bu imtahanları öz binamızda təşkil edək. 

Bununla bağlı Müstəqil Qiymətləndirmə Mərkəzinə müraciət etmişik, lakin bizə rədd cavabı veriblər. Bildirirlər ki, Bərdədə var, nəyə görə region olaraq Ağdamda başqa bir binada fəaliyyət göstərilsin? 

Biz istəyirik ki, öz binamızda bu imtahanları təşkil edək. Çünki Ağdam böyük bir ərazidir. Xankəndi, Şuşa və Ağdərə istiqamətində Qayıdış Proqramı çərçivəsində yeni məktəblər açılır, əhalinin sayı artır. Əhali artdıqca kurslara və imtahanlara tələbat da çoxalacaq. 

Yəni biz bu işin təşkilini öz üzərimizə götürmək, Ağdamda rəsmi imtahan mərkəzi kimi fəaliyyət göstərmək istəyirik”. 

Məsələ ilə bağlı Müstəqil Qiymətləndirmə Mərkəzinin nümayəndəsi İlqar Ağakişiyevlə əlaqə saxlayaraq qarşı tərəfin mövqeyini öyrənməyə çalışdıq. Lakin o, suallarımızı cavablandırmaqdan imtina etdi. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Sentyabr 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri