Ağdamda insan sümüklərinə bənzər skelet qalıqları tapıldı
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ağdam rayonunda aparılan qazıntı işləri zamanı insan sümüklərinə bənzər skelet qalıqları aşkar edilib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Baş Qərvənd kəndi ərazisində qeydə alınıb.
Ərazidə fəaliyyət göstərən şirkət tərəfindən aparılan qazıntı işləri zamanı tapılan qalıqlarla bağlı aidiyyəti dövlət qurumlarına məlumat verilib.
Bundan sonra hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub və aşkarlanan qalıqlara baxış keçirilib.
İlkin məlumata görə, sümüklərin mənşəyinin və kimə aid olduğunun müəyyənləşdirilməsi məqsədilə ekspertizalar təyin edilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Ziya Əmirxanlı
Baxış sayı:85
Bu xəbər 22 İyun 2026 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















