Icma.az
close
up
RU
Ağdamda körpəni ölümcül hala salan valideynlərə hansı CƏZA VERİLƏCƏK?

Ağdamda körpəni ölümcül hala salan valideynlərə hansı CƏZA VERİLƏCƏK?

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Ağdamda əqli qüsurlu valideynləri tərəfindən döyülən körpənin vəziyyəti ağırdır. Hər iki valideyn körpənin bədəninin bəzi nahiyələrini dişləyərək xəsarət yetiriblər. Ailənin daha bir övladı var və o da valideynləri tərəfindən mütəmadi fiziki şiddətə məruz qalıb.
 

MÖVZU İLƏ BAĞLI:
Ağdamda körpələrini ölümcül hala salan valideynlərlə bağlı SENSASİON TƏFƏRRÜAT – ÖZƏL/FOTO


Artıq valideynlərin valideynlik hüququndan məhrum edilməsi ilə bağlı hüquqi işlər başladılıb. Bu barədə qərarı isə hüquq-mühafizə orqanları verəcək.
Maraqlıdır, əqli qüsurlu ana-atanı hansı cəzalar gözləyir?
Hüquqşünas Aytac Qurbanova Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə sağlamlığa ağır zərər vurmaq — ağır cinayətdir və körpənin xəstəxanaya ağır vəziyyətdə yerləşdirilməsi artıq faktın ciddiliyini təsdiq edir.

“Bu halda söhbət sadəcə ailədaxili münaqişədən yox, qəsdən sağlamlığa ağır zərər vurma cinayətindən gedir. Normal valideyn körpə uşağını ölümcül vəziyyətə gətirməz. Deməli, ortada ya ağır psixoloji pozuntu var, ya narkoloji asılılıq, ya da hər ikisi...”.


Valideynlər əqli qüsurlu olarsa, barələrində hansı məsuliyyətin nəzərdə tutulması məsələsinə gəlincə, hüquqşünas qeyd edib ki, yalnız ekspertiza bunu müəyyən edə bilər.
“Psixiatrik və narkoloji ekspertiza göstərməlidir ki  şəxs hərəkətlərinin mahiyyətini dərk edirmi, davranışlarını idarə edə bilirmi və ya narkotik və ya alkoqol asılılığı mövcuddurmu?
Əgər şəxs anlaqsızdırsa, məsuliyyətdən azad edilir, lakin məcburi müalicəyə göndərilir. Əgər anlaqlıdırsa, artıq söhbət sərt cinayət məsuliyyətindən gedir. Ola bilər ki, ekspert müəyyən edir ki, onlar əqli qüsurlu deyil. Mənim praktikamda da belə hallar olub”.
Aytac Qurbanova bildirib ki, valideynlər anlaqlı vəziyyətdədirsə, onların hansı cəzaları alacağı yalnız məhkəmə qərarıyla müəyyən olacaq.
 

“Bəzən təcrübədə görürük ki, insan cəmiyyət içində sərbəst hərəkət edir, amma rəsmi ekspertiza onun anlaqsız olduğunu üzə çıxarır. Burada təhlükə ondadır ki, belə şəxslər övladlarını və ətrafdakıları hər gün ölüm riski ilə üz-üzə qoyurlar. Cəmiyyətin reaksiyası isə bir olmalıdır: belə valideynlər cəmiyyətdən  təcrid olunmalı, ya da müalicə müəssisəsinə yerləşdirilməlidirlər. İstənilən halda ekspertiza müəyyən etsə ki, onlar əqli qüsurludur, birmənalı müalicə müəssinə göndəriləcəklər”.


Bəs uşaqların taleyi necə olacaq?
Vəkil hesab edir ki, cinayət məsuliyyəti ilə yanaşı, uşağın taleyi də həll olunmalıdır:

“Himayədarlıq və qəyyumluq orqanları qərar verməlidir. Uşaqların yaxın qohumlar varsa, onlar iddia qaldıraraq uşağı himayəyə götürə bilər. Əgər yoxdursa, dövlət övladı öz himayəsinə götürür. Burada ən vacib prinsip budur ki, uşağın həyatı və gələcəyi bir daha təhlükəyə atılmamalıdır. Uşağa qarşı ağır zorakılıq hallarında hüquqi yanaşma yalnız cəza tədbirləri ilə bitmir. Burada həm tibbi, həm psixoloji, həm də sosial aspektlər birlikdə qiymətləndirilməlidir. Ən əsası isə valideynin psixiatrik və narkoloji vəziyyəti hərtərəfli ekspertiza ilə müəyyən edilməli, nəticədən asılı olaraq həm cinayət, həm də mülki-hüquqi tədbirlər görülməlidir. Bu, uşağın müdafiəsi üçün ən etibarlı yoldur”,-deyə müsahibimiz qeyd edib.
Nəzrin Mirzəyeva, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 Avqust 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri