Icma.az
close
up
RU
Ağdamda Mənsum İbrahimovun 65 illik yubileyi qeyd olundu Fotolar

Ağdamda Mənsum İbrahimovun 65 illik yubileyi qeyd olundu Fotolar

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Ağdam Muğam Mərkəzində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xalq artisti Mənsum İbrahimovun 65 illik yubileyi qeyd edilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, Milli Məclisin deputatları Aqil Abbas, Elman Məmmədov, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların rəhbərləri, mədəniyyət və incəsənət xadimləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının və ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər Mənsum İbrahimovu 65 yaşının tamam olması münasibətilə təbrik edərək onun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən bəhs ediblər. Tədbirdə Ağdam Musiqi kollecinin “Qarabağ instrumental ansamblı”nın müşayiəti ilə tanınmış muğam ifaçıları tərəfindən xalq və bəstəkar mahnıları iştirakçılara təqdim edilib. Sonda yubilyar çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirib.

Qeyd edək ki, Mənsum İbrahimov 1960-cı il oktyabrın 1-də Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olub. 1982-1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Mədəni Maarif” fakültəsində təhsil almışdır. 1993-cü ildən “Leyli və Məcnun” operasında Məcnun rolunu oynayır.

Opera səhnəsindəki fəaliyyəti ilə bərabər həm də xalq və bəstəkar mahnıları, muğamların mahir ifaçısıdır. Azərbaycan muğam sənətini dünyanın müxtəlif ölkələrində təmsil edir. Bununla yanaşı pedaqoji fəaliyyətlə məşğul olur.

Azərbaycan Milli Konservatoriyası və konservatoriyanın nəzdində fəaliyyət göstərən Musiqi kollecinin müəllimi kimi gənc muğam ustalarının yetişməsinə böyük əmək sərf edir. 1998-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2005-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb. 2010-cu ildə Azərbaycan Prezidentinin Sərəncamına əsasən “Şöhrət” ordeni, 30 dekabr 2020-ci ildə isə “Şərəf” ordeni ilə təltif olunub.

Azərbaycan Milli Konservatoriyasının professoru, Muğam kafedrasının müdiridir.







Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Sentyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see204

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see185

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see180

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see171

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see149

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri