Milli Konservatoriyada Mənsum İbrahimovun 65 illik yubileyi qeyd edilib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 7 oktyabr, AZƏRTAC
Oktyabrın 7-də Azərbaycan Milli Konservatoriyasında tanınmış xanəndə, Xalq artisti, “Şöhrət” ordenli Mənsum İbrahimovun 65 illik yubileyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Konservatoriyanın rektoru Kamilə Dadaş-zadə sənətkarın Azərbaycan muğam sənətinin inkişafında müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, Mənsum İbrahimovun zəngin ifaçılıq məktəbi, ustad sənətkarın yetişdirdiyi gənc xanəndələr milli musiqi mədəniyyətimizin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.
Tədbirdə sənətkarın pedaqoji və səhnə fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib, tələbələri və həmkarları onun ifasında sevilən muğam və mahnıları səsləndiriblər.
Sonda yubilyar sənətinə verilən yüksək qiymətə və göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 07 Oktyabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















