Icma.az
close
up
RU
Mənsum İbrahimovun 65 yaşı tamam olur

Mənsum İbrahimovun 65 yaşı tamam olur

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Onun 65 yaşı tamam olur.

Mənsum İbrahimov 1960-cı ildə Ağdamın İmamqulubəyli kəndində doğulub.

Xanəndə 1982-1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun Muğam şöbəsində, 1988-93-cü illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəni maarif fakültəsində təhsil alıb.

Gənc yaşlarından istedadı ilə seçilən xanəndə hələ 1985-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqədə birinci yerə layiq görülüb.

Elə həmin dövrdə sevilən müğənni, Xalq artisti Şövkət Ələkbərovanın tövsiyəsi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunub. Mənsum İbrahimov bu teatrda 1993-cü ildən etibarən "Leyli və Məcnun" operasında "Məcnun", "Aşıq Qərib"də "Qərib", "Gəlin qayası"nda "Camal", "Sevil"də "Azançı" kimi aparıcı rolları məharətlə ifa edib.

Opera səhnəsindəki uğurlu çıxışları ilə yanaşı, Mənsum İbrahimov həm də xalq və bəstəkar mahnılarının, muğamların mahir ifaçısı kimi tanınır. O, Azərbaycan muğam sənətini İran, Türkiyə, İraq, Fransa, Belçika, Lüksemburq, Kipr, ABŞ və Kanada kimi ölkələrdə böyük məharətlə təmsil edib.

Mənsum İbrahimov təkcə görkəmli ifaçı deyil, həm də musiqi sənətini gələcək nəslə öyrədən pedaqoqdur. O, Azərbaycan Milli Konservatoriyası və Musiqi Kollecində çalışaraq gənc muğam ustalarının yetişməsinə böyük töhfələr verir. Onun yetirmələri ölkədə keçirilən muğam müsabiqələrində uğurla çıxış edirlər.

Mənsum İbrahimovun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib.

O, 1998-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artist", 2005-ci ildə "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adlarına, 2010-cu ildə "Şöhrət" ordeninə layiq görülüb.

2017-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:399
embedMənbə:https://baku.ws
archiveBu xəbər 01 Oktyabr 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri