Icma.az
close
up
RU
Ağdamda qonşularımla çay içirəm Aqil Abbas

Ağdamda qonşularımla çay içirəm Aqil Abbas

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

20 Noyabr tarixi Ağdam Şəhəri Günüdür. 6 il öncə - 2020-ci il noyabrın 20-də Azərbaycan Ordusunun Vətən müharibəsindəki qələbəsi nəticəsində Ağdam rayonu Ermənistanın işğalından azad olunub. Hazırda rayonda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edir.

Rəsmi məlumata görə, 2026-cı ilin yanvar–oktyabr aylarında Ağdam rayonunda 959 milyon 305,6 min manatlıq sənaye məhsulu istehsal olunub. Həmin dövrdə kənd təsərrüfatı məhsullarının ümumi istehsal dəyəri 246 milyon 914,2 min manat təşkil edib. Bunun 159 milyon 90,7 min manatı bitkiçilik, 87 milyon 823,5 min manatı isə heyvandarlıq məhsullarının payına düşüb.

2026-cı ilin yanvar–sentyabr aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 494 milyon 370,0 min manat investisiya yönəldilib.
Milli Məclisin əslən Ağdamdan olan deputatı Aqil Abbas şəhərin bugünkü vəziyyəti və gələcəyi, Böyük Qayıdış prosesi ilə bağlı Modern.az-a danışıb.

Deputat bildirib ki, Ağdam heç vaxt işğal olunmayıb və ağdamlıların ruhu işğal edilsəydi, şəhər də işğal olunardı:

“Ağdam heç vaxt işğal olunmayıb. Ağdamlıların ruhu işğal olunsaydı, Ağdam işğal olunardı. Bu gün Ağdamda bayramdır. Ziyalılarla, dostlarımla, köhnə ağdamlılarla, qonşularımla çay içirik. Tək Ağdamı yox, Azərbaycanın heç bir torpağını heç kəs işğal edə bilməz".

A.Abbas Böyük Qayıdışdan da danışıb:

"Gəlin Ağdamı görün, gözəl binalar tikiblər. Əhali köçüb yaşayır. Hazırda köçən əhali ilə birlikdə "İmarət"də çay içirəm. Evləri tikib insanları köçürsünlər. Sonra stadionu tikəcəklər. Hazırda Böyük Qayıdış prosesi gedir. Layihə artıq hazırlanıb. Allahverdi Bağırovun abidəsi ucaldılacaq. Heykəlini də millət vəkili Ağalar Vəliyev hazırladıb”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Noyabr 2026 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see328

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see309

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see299

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see296

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see289

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see279

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see259

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see256

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see249

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see248

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see245

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see241

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see235

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see235

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see233

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see225

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see213

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see207

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see195

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri