İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2026-cı ilin ilk 10 ayında istehlakçı hüquqlarının pozulması ilə bağlı 41 protokol tərtib olunub, 868 müraciətin icrası isə növbəti aylarda davam etdiriləcək.
Turkustan.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı bildirib.
Onun sözlərinə görə, tərtib olunan protokolların bir qismi satılmış malın dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması (2 protokol), elektron siqaretlərin və ya onların komponentlərinin satışı, yaxud satış məqsədilə saxlanılması (1 protokol), qiymət intizamının pozulması (1 protokol), eləcə də malların, işlərin və xidmətlərin qiymətinin manatla göstərilməməsi (1 protokol) halları ilə bağlı olub.
Yusif Tapdıqlı qeyd edib ki, istehlakçının mal haqqında məlumat almaq hüququnun pozulması, standartların tələblərinə cavab verməyən malların istehsalı və satılması, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi, həmçinin müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərinin yerinə yetirilməməsi faktlarının hər biri üzrə 1 protokol tərtib edilib.
Qurum rəsmisi bildirib ki, ən çox protokol istehlakçıların malın ölçüsü, çəkisi, hesabı, istehlak xüsusiyyətləri və keyfiyyəti ilə bağlı aldadılması faktı üzrə rəsmiləşdirilib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 19 Noyabr 2026 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















