Icma.az
close
up
RU
Ağdamın dirçəlişi qayıdışın tarixi, böyük zəfərin bərpası və yeni inkişaf mərhələsi

Ağdamın dirçəlişi qayıdışın tarixi, böyük zəfərin bərpası və yeni inkişaf mərhələsi

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

20 Noyabr – Ağdam Şəhəri Günü Azərbaycan tarixində xüsusi yer tutan tarixi günlərdən biridir. Bu gün uzun illər həsrətlə gözlənilən qayıdışın, ədalətin bərpasının və xalqımızın qürurunun rəmzidir. Ağdam Zəfərin, mübarizənin və yenidən doğuluşun şəhəridir. Bu tarix, işğal dövründə xarabalığa çevrilmiş bir şəhərin yenidən həyat qazanmasını, Azərbaycan dövlətinin gücünü və xalqın sarsılmaz iradəsini təcəssüm etdirir.

Ağdam uzun əsrlər boyu Qarabağın siyasi, iqtisadi və mədəni mərkəzlərindən biri kimi formalaşmışdır. XX əsrin sonlarında bu şəhər həm sənaye potensialı, həm kənd təsərrüfatı, həm də hərbi-strateji mövqeyi ilə seçilirdi. Lakin işğal dövründə şəhərin taleyi dəyişdirildi, tarixi abidələr, infrastrukturlar, yaşayış massivləri dağıdıldı. Bu gün isə həmin dağıntıların yerində yeni Ağdam – modern, planlı və konseptual şəkildə qurulan bir şəhər yüksəlir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdamda aparılan sərt və ardıcıl quruculuq siyasəti işğaldan azad edilmiş ərazilərin bərpası sahəsində nümunəvi modeldir. Qısa müddət ərzində şəhərin əsas planı təsdiqləndi, infrastrukturun qurulmasına start verildi, yollar çəkildi, elektrik və su xətləri bərpa olundu, müasir idarəetmə mərkəzləri yaradıldı. Ağdam Sənaye Parkının salınması isə bu şəhərin gələcək iqtisadi gücünün əsasını qoyur.

Bu gün Ağdamda salınan geniş bulvarlar, yeni yaşayış massivləri, sosial obyektlər yalnız bir tikinti prosesinin deyil, həm də mənəvi qayıdışın təcəssümüdür. Çünki Ağdamın bərpası Azərbaycanın milli qürur məsələsidir. Bu torpaqlara qayıdan hər bir vətəndaş öz yurdunu yenidən qurmağın sevincini yaşayır. Yeni Ağdamın qurulması həm də şəhərin əvvəlki ruhunu qoruyaraq müasir urbanist yanaşmaları birləşdirir.

Bu günün ən önəmli tərəfi isə şəhidlərimizin müqəddəs xatirəsinin yaşadılmasıdır. Ağdam Şəhəri Günü onların ruhuna ehtiramın, onların canı bahasına qazanılan torpaqlara sahib çıxmağın təzahürüdür. Azərbaycan xalqı bu gün bir daha göstərir ki, itirilmiş heç bir şəhər, heç bir kənd unudulmayıb, unudulmayacaq.

20 Noyabr – Ağdam Şəhəri Günü bizə həm keçmişi xatırladır, həm də gələcəyə ümid verir. Bu günün məzmunu yalnız tarix deyil, həm də gələcəkdir. Ağdamın dirçəlişi Azərbaycanın güc göstəricisi, xalqımızın yenilməzliyinin sübutudur. Qarşıdakı illərdə Ağdam daha da abadlaşacaq, daha da inkişaf edəcək və regionun ən müasir şəhərlərindən birinə çevriləcək. Bu gün isə bu yolda irəliləməyin sevincini və məsuliyyətini birlikdə yaşayırıq.

Şəfa Həsənova,

Gədəbəy Şəhər 1 nömrəli tam orta məktəbi ərazi partiya təşkilatının sədri.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Noyabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri