Icma.az
close
up
RU
Tarixi Zəfərdən Böyük Qayıdışa uzanan yol Ağdamın dirçəlişi

Tarixi Zəfərdən Böyük Qayıdışa uzanan yol Ağdamın dirçəlişi

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

20 Noyabr – Ağdam Şəhəri Günü Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yer tutan, qürur və sevinc hissləri ilə qeyd olunan əlamətdar tarixlərdən biridir.

2020-ci il noyabrın 20-də Ağdamın işğaldan azad edilməsi Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbənin mühüm nəticələrindən biri oldu. Bu hadisə təkcə bir şəhərin azadlığı deyil, həm də illərlə doğma yurduna qayıtmaq ümidi ilə yaşayan minlərlə insanın arzularının gerçəkləşməsi demək idi. Ağdamın azadlığı Azərbaycanın hərbi-siyasi gücünün, Prezident İlham Əliyevin qətiyyətli siyasətinin və xalqımızın milli birliyinin növbəti təzahürü kimi tarixə yazıldı. Bu gün Ağdam artıq yalnız keçmişin ağrılarını xatırladan bir məkan deyil, həm də Azərbaycanın quruculuq iradəsini və gələcəyə inamını nümayiş etdirən şəhərdir.

1993-cü il iyulun 23-də Ağdamın işğalı Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olmuşdu. Rayon ərazisinin böyük hissəsinin işğal edilməsi nəticəsində 128 min insan doğma yurdunu tərk etmək məcburiyyətində qalmış, yaşayış məntəqələri, məktəblər, mədəniyyət ocaqları və tarixi abidələr dağıdılmışdı. Bir vaxtlar Qarabağın iqtisadi və mədəni həyatında mühüm rol oynayan Ağdam illər ərzində xarabalığa çevrilmişdi. Şəhərin dağıntılarının miqyası onun beynəlxalq mediada “Qafqazın Xirosiması” adlandırılmasına səbəb olmuşdu. Lakin bütün bu dağıntılara baxmayaraq, ağdamlılar doğma torpaqlarına qayıdacaqlarına inamlarını heç zaman itirmədilər. Məhz bu mənəvi bağlılıq Ağdamın azadlığını xalqımız üçün daha da dəyərli etdi.

Ağdamın azad edilməsi Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi hərbi üstünlüyün diplomatik nəticəyə çevrilməsinin bariz nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurlar Ermənistanı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın şərtlərini qəbul etməyə məcbur etdi. Nəticədə Ağdam əlavə hərbi əməliyyatlar aparılmadan Azərbaycana qaytarıldı. Bu, həm insan itkilərinin qarşısının alınması, həm də Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində qətiyyətli mövqeyinin təsdiqi baxımından mühüm hadisə idi. Ağdamın azadlığı bir daha göstərdi ki, güclü dövlətçilik, ardıcıl siyasi iradə və qüdrətli ordu milli maraqların təmin olunmasında həlledici əhəmiyyət daşıyır.

Bu gün Ağdamda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərə münasibətdə müəyyənləşdirdiyi uzunmüddətli inkişaf strategiyasını əks etdirir. Prezident İlham Əliyevin təşəbbüsü ilə təsdiqlənmiş Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan şəhərin müasir urbanizasiya prinsipləri əsasında yenidən qurulmasını nəzərdə tutur. Yeni yaşayış məhəllələrinin salınması, yolların, sosial obyektlərin, təhsil və səhiyyə müəssisələrinin tikintisi Ağdamın əvvəlki həyat ritmini bərpa etməsinə imkan yaradır. Ağdam Sənaye Parkının fəaliyyəti isə bölgənin iqtisadi potensialının reallaşdırılması, sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır. Dəmir Yolu və Avtovağzal Kompleksinin, Muğam Mərkəzinin, məktəblərin və digər infrastruktur obyektlərinin istifadəyə verilməsi şəhərin təkcə yaşayış məkanı deyil, həm də iqtisadi və mədəni mərkəz kimi formalaşdırıldığını göstərir.

Ağdamın dirçəlişində ən mühüm məqamlardan biri, şübhəsiz ki, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışıdır. Çünki şəhəri şəhər edən yalnız binalar, yollar və müasir infrastrukturlar deyil, orada yaşayan insanlardır. Böyük Qayıdış proqramı çərçivəsində Ağdam şəhərinə və rayonun kəndlərinə köçürülmə prosesi davam edir. 2026-cı ilin noyabr ayına olan məlumata əsasən, Ağdam şəhəri, Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində ümumilikdə 8300 nəfər məskunlaşıb. Bu rəqəmlərin arxasında illərlə yurd həsrəti çəkmiş ailələrin taleyi, yeni həyata başlayan uşaqların sevinci və öz doğma torpağında yaşamaq arzusuna qovuşan insanların duyğuları dayanır. Ağdamda yenidən məktəb zənglərinin səslənməsi, ailələrin öz evlərinə qayıtması və gündəlik həyatın canlanması Azərbaycanın Böyük Qayıdış siyasətinin ən dəyərli nəticələrindəndir.

20 Noyabr – Ağdam Şəhəri Günü həm tarixi Zəfərin əbədiləşdirilməsi, həm də gələcək nəsillərə milli yaddaşın ötürülməsi baxımından mühüm məna daşıyır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə bu günün rəsmi şəkildə təsis edilməsi Ağdamın azadlığının dövlətçilik tariximizdəki yerini bir daha təsdiqləyir. Bu gün Ağdamın yenidən qurulması Azərbaycanın yalnız ərazi bütövlüyünü bərpa etməklə kifayətlənmədiyini, azad edilmiş torpaqlarda dayanıqlı həyat və iqtisadi inkişaf üçün möhkəm təməllər yaratdığını göstərir. Ağdamın timsalında biz dağıntılardan quruculuğa, məcburi köçkünlükdən doğma yurda qayıdışa, illərin həsrətindən yeni ümidlərə doğru böyük bir tarixi keçidin şahidi oluruq. Bu prosesin arxasında dövlətin siyasi iradəsi, xalqın birliyi və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əvəzsiz fədakarlığı dayanır. Ağdamın bugünkü dirçəlişi həm də gələcək nəsillərə verilən mühüm mesajdır: torpağa sahib çıxmaq yalnız onu azad etməklə deyil, həmin torpaqda həyatı yenidən qurmaqla tamamlanır. 

Züriyə Qarayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 Noyabr 2026 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri