Icma.az
close
up
RU
Ağdamın Eyvazxanbəyli kəndində 427 ev tikilir

Ağdamın Eyvazxanbəyli kəndində 427 ev tikilir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ağdam, 8 may, AZƏRTAC

Ağdamın işğaldan azad olunmasından sonra şəhər mərkəzi ilə yanaşı, kəndlərdə də genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Azad olunmuş ərazilərdə “Böyük Qayıdış” Proqramı çərçivəsində həyat yenidən canlanır, müasir infrastruktura malik yaşayış məntəqələri formalaşdırılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu istiqamətdə həyata keçirilən layihələrdən biri də Ağdam rayonunun Eyvazxanbəyli kəndində icra olunur.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva müsahibəsində bildirib ki, Eyvazxanbəyli kəndi üzrə həyata keçirilməsi planlaşdırılan layihələr mərhələli şəkildə icra olunacaq. Onun sözlərinə görə, birinci mərhələ üzrə kənddə, ümumilikdə, 427 fərdi yaşayış evinin inşası nəzərdə tutulur. Bu evlər 1, 2, 3, 4 və 5 otaqlı olacaq. Ümumi uzunluğu 13,9 kilometr olan kənddaxili yolların inşası da layihəsi üzrə həyata keçiriləcək. Sosial obyektlərin tikintisi də layihənin əsas tərkib hissələrindən biridir.

Qeyd olunub ki, kənddə 720 şagird yerlik tam orta məktəbin inşası da planlaşdırılır. Bunun 360 yerlik hissəsi birinci mərhələdə, digər 360 yerlik hissəsi isə ikinci mərhələdə həyata keçiriləcək. Bundan əlavə, 120 yerlik uşaq bağçası, ailə sağlamlıq mərkəzi və inzibati bina da tikiləcək.

Eyvazxanbəyli kəndində həyata keçirilən bərpa-quruculuq layihələri sadəcə binaların inşası deyil, həm də strateji hədəflərə söykənən modern bir ekosistemin qurulması deməkdir. Planlaşdırılan bütün infrastruktur layihələri gələcəkdə burada müasir standartlara cavab verən, sakinlərin rahatlığını və təhlükəsizliyini tam təmin edən, dayanıqlı bir yaşayış məntəqəsinin formalaşdırılmasına xidmət edəcəkdir.

Kənddə aparılan intensiv işlərin gedişatını izləyərkən, bu böyük prosesin canlı iştirakçılarından biri — inşaatçı Təhmas Məmmədovla həmsöhbət oluruq. Onun sözlərində həm peşə məsuliyyəti, həm də illərin həsrətindən doğan sonsuz bir sevinc duyulur: “Bu gün Ağdamın hər bir daşında, hər bir kərpicində əməyimin olması mənim üçün ən böyük şərəfdir. Doğma torpaqlarımızın dirçəlməsində iştirak etmək sadəcə iş deyil, mənəvi bir borcdur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və qəhrəman Ordumuzun rəşadəti sayəsində azad olunan bu ərazilərdə indi genişmiqyaslı quruculuq işləri aparılır. Eyvazxanbəyli kəndi də gözlərimiz önündə yenidən qurulur, abadlaşır və öz əzəli gözəlliyinə qovuşur. Bir Ağdam sakini olaraq, bu günü görməyin və bu torpaqlarda qurub-yaratmağın xoşbəxtliyini yaşayıram. Bizə bu qüruru yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfalar diləyirəm.”

Eyvazxanbəyli kəndində yüksələn hər bir divar, çəkilən hər bir yol “Böyük Qayıdış”ın növbəti uğurlu addımıdır. Təhmas kimi minlərlə insanın alın təri və dövlətin güclü iradəsi ilə Ağdamın siması sürətlə dəyişir. Müasir arxitektura ilə milli ruhun vəhdətini təşkil edən bu yenidənqurma işləri çox yaxın gələcəkdə kənd sakinlərinin doğma ocaqlarına qayıdaraq daha firavan, təhlükəsiz və işıqlı bir həyat sürməsinə təminat verəcək. Artıq o gün uzaqda deyil — Eyvazxanbəyli öz sahiblərini yeni və möhtəşəm siması ilə qarşılamağa hazırlaşır.

Müxbir - Aydın Yavərzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see275

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see273

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see267

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see263

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see246

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see238

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see215

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see209

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see206

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see206

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see203

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see201

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see199

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see198

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see183

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see180

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see176

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see176

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see169

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri