Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

AĞDAMIN HƏR DAŞINA QURBAN OLAQ

AĞDAMIN HƏR DAŞINA QURBAN OLAQ

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İnsanların qəlbinə, ürəyinə və iç dünyasına daxil olanda onlar hər şeyi sənə olduğu kimi danışır. Dərdini, kədərini, sevincini və hətta gülüşünü belə səndən gizlətmir. Çünki o insanlar dünyada hər şeydən üstün  səmimiyyəti və ünsiyyəti  tuturlar. Səmimiyyəti və ünsiyyəti üstün tutan adamlar isə həmişə təbii görünür. 

Aydındır ki, yurd yerindən 30 il didərgin düşmüş və bu günlər doğma yurdları Ağdam şəhərinə qayıdan insanların da hisslərini, sevinclərini  və keçirdikləri həyəcanları başa düşmək olar. Sadəcə olaraq, bu adamlara qarşı bir balaca diqqətli, həssas olsan görəcəksən ki, onlar bu 30 ildə Vətən ayrılığına  necə bir mərdliklə dözüblər. Onu da görəcəksən ki, bu insanlar hətta məcburi köçkün olduqları ilk gündən belə Ağdama qayıtmaq ümidlərini heç vaxt itirməyiblər. Onlara bu ümidi verən göydə Allah, yerdə Ulu Öndər Heydər Əliyev və prezident, Ali Baş Komandan İlham Əliyev olub. 

Əlbəttə, hər bir qarabağlı kimi, ağdamlıların da məcburi köçkünlük və qaçqınlıq dövründə ağır, çətin günləri çox olub. Amma onların ümidsiz və inamsız günləri olmayıb, Çətin şəraitdə, heç bir məişət şəraiti olmayan yaşayış yerlərində məskunlaşmaq, 30 il orda yaşamaq və günlərin bir günündə də Vətənə dönmək elə də asan məsələ deyil. Düzdür, onları məskunlaşdığı yerdə yerli sakinlər hörmətlə qarşılayıblar. Çətin gündə arxa durublar, kömək olublar, ancaq bu o demək deyil ki, yurd yerindən didərgin düşmüş ağdamlıların bəzi çətinlikləri də oldu. Çünki Vətən dərdindən, yurd həsrətindən bir çox yaşlı insanlar buna dözməyib dünyalarını dəyişdilər. Amma onların övladları, nəvələri düz 30 il Ağdama qayıdacağı günləri səbirsizliklə gözlədilər və nəhayət, o gün 30 ildən sonra gəldi.

O günü ağdamlıların dünyasında günəş doğdu, qəlblərində işıq yarandı, nur oldu… O günü ağdamlıların qaçqınlıq və məcburi köçkünlük dövründə rəhmətə gedən və dünyasını dəyişən insanların da ruhları sevindi. O günü  Ağdama gedən yol da sanki qısaldı. Çünki yollarda Ağdam şəhərinə qayıdan insanları öncə gözləyən yaz çiçəkləri, yaz ətri, lalələr, bənövşələr və gözəlliklər idi. Bu gözəlliklərin ətrini ağdamlılar şəhərə daxil olan kimi hiss etdilər və duydular. Çünki  o torpaq da, o çiçək də, o gül də qaçqınlıq dövründə onların yuxusuna girirdi. Amma indi heç nə yuxu deyildi. Onlar o çiçəkləri, gülləri görürdülər və sevinirdilər. 
Ağdam şəhərinə 92 ailə və 332 nəfər  köçürülüb. Onlar müxtəlif  rayonlarda yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış insanlardır. Bu insanların sevincini görmək, çöhrələrində təbəssümə baxmaq necə də gözəl anlardı. Onların hər birinin ürəyi, qəlbi az qala  sevincindən yerindən  çıxa. Vətənə qayıdan  insanların arasında qocalar da var, gənclər də, yeniyetmələr də. Onlar hamısı  doğma şəhəri olan Ağdama qayıdıblar. 

Elşən Kazımov Ağdamda təzə mənzil alan sakinlərdən biridir. Onun sevincindən dili ağzına sığmır. 

Deyir:

- Ağdamın hər daşına, hər cığırına, hər gülünə, hər çiçəyinə qurban olum. Ə, qardaş, vallah, buranın havası, suyu, torpağı heç harda yoxdur. Meyvə ağacını bu il torpağa  basdırırdın, gələn il meyvə verirdi. Özü də elə-belə meyvə yox ey, bal kimi şirin. Yeyəndə adam dadından doymurdu. İndi baxıram, yollarda yeni ağaclar, güllər, çiçəklər əkilib. Allah qoysa, bir ildən sonra Ağdam şəhəri özü bir cənnətə çevriləcək. Çox sağ olsun  prezident, Ali Baş Komandan İlham Əliyev Ağdamı yenidən tikir və yenidən qurur. Və yenidən möhtəşəm Ağdam inşa edilir. Biz bura gələndə gözlərimizə inanmadıq. Yeni mənzillərlə  yanaşı, şəhərdə bizə lazım olan  bütün infrastruktur əsaslı surətdə təzədən qurulub. Asfalt yollar, bir-birindən gözəl parklar, xiyabanlar, işıq, qaz və su sistemləri, üstəlik də məktəb və uşaq bağçası. Hələ mən yeni açılacaq iş yerlərini demirəm. Bunlar hamısı  bizə yeni bir dünya və yeni bir nəfəs gətirir. O nəfəs ki bunu bizə göydə Allah, yerdə Ali Baş Komandan, Azərbaycan Ordusu, əsgərlərimiz, şəhidlərimiz və qazilərimiz bəxş edib.  Əlbəttə, bütün bunları görməmək, qiymətləndirməmək və dəyər verməmək böyük günah olardı. 
Elşən Kazımov bizimlə söhbətində onu da qeyd etdi ki, bu  təkcə mənim sevincim deyil, 92 ailənin və 332 nəfərin sevincidir. Hansı qapını açsan, hansı evin qapısını döysən orda bu sevincin şahidi olarsan. Hələ biz ömrümüz boyu belə sevinməmişdik. Elşən qardaşımızın  sözünə qüvvət olaraq Ağdam şəhərində yeni mənzilə  köçmüş bir evin də qapısını döydük. O evin qapısını bizə Anar Məmmədov adlı yaşlı bir kişi açdı. Özü də gülər üzlə, sevinə-sevinə. Xoş gəldin dedi və otağa dəvət elədi. Masanın üstündə  cürbəcür şirniyyatlar və bir də pürrəngi çay vardı. Anar kişi dedi ki, mən çox yerdə çay içmişəm, amma Ağdamın suyundan dəmlənmiş çayı heç harda içməmişəm, çünki bunun dadı-tamı bambaşqadı. Özü də çay necə gözəl dəm alıbsa qıpqırmızı, xoruz quyruğu kimidir. Mən də bu xoruz quyruğu kimi qıpqırmızı çaydan bir armudu stəkan içdim və ləzzət elədi. Və Anar kişinin dediyi fikrə şərik çıxdım. Doğrudan da Ağdamın suyundan dəmlənmiş çayın dadı çox ləzzətli idi. 

Anar Məmmədov mənimlə söhbətində dedi:

- Qardaş oğlu, danışığından görürəm ki, sən də qarabağlısan. Qadan alım, Qarabağın harasındansan?

Mən də cavab verdim:

-  Füzulidən. 

- Day de ki, bir kənddənik də. 

- Bütün  qarabağlılar bax belə, bal kimi şirin olur. 

Anar kişi  mənimlə söhbətində onu da vurğuladı ki, axşam qonağım olsan Ağdam aşı bişirəcəyik, yeyərsən və görərsən ki, nətəhər dadlıdır. Mən də dedim ki, çox sağ ol, Anar kişi, Allah canınızı sağ eləsin və ruzunuz da bol olsun. Qazanınız qaynasın və süfrəniz bol olsun. Həmişə də dadlı və ləzzətli Ağdam aşı bişirəsiniz!
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://adalet.az
archiveBu xəbər 03 İyul 2026 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see429

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see285

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see260

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see208

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see206

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see204

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see203

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see195

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see193

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see193

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see193

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see192

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see190

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see189

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see189

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see186

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see186

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see186

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see186

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri