Icma.az
close
up
RU
Məcbur deyilik ki, hər il çempion olaq Qurban Qurbanov

Məcbur deyilik ki, hər il çempion olaq Qurban Qurbanov

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Məcbur deyilik ki, hər il çempion olaq" - Qurban Qurbanov

Misli Premyer Liqasının 22-ci turu çərçivəsində "Qarabağ" "Sabah"ı qəbul edib. Qarşılaşma 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

QOL.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra oyun barədə fikirlərini bölüşüb.

Təcrübəli mütəxəssis ilk növbədə qarşılaşmanın yüksək tempini və azarkeş amilini yüksək qiymətləndirib:

"Bu gün çox maraqlı oyun alındı, stadionda gözəl atmosfer var idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Məhz azarkeşlərin görmək istədiyi bir matç oldu. "Sabah"ın hücum xətti olduqca güclüdür. Müasir futbol elə səviyyəyə çatıb ki, belə məhsuldar hesablar hər oyunda baş verə bilər. Futbolun sevilən tərəfi də budur ki, bəzən gözləmədiyin hallar ilə üzləşirsən".

Q.Qurbanov "Nyukasl"la ağır oyundan sonra futbolçuların fiziki bərpası ilə bağlı narahatlığını gizlətməyib:

"Məni ən çox düşündürən məqam futbolçuların bərpasıdır. Çox gərgin qrafikdə oynayırıq. "Nyukasl" səfərindən dərhal sonra belə bir matça çıxdıq. Cəmi 3 gün sonra kubok, ardınca yenidən çempionat oyunu olacaq. Qarşıda müəyyən rotasiyalar edərək futbolçuları tam hazır vəziyyətə gətirməyə çalışacağıq".

Baş məşqçi hakimin oyuna əlavə etdiyi vaxtın azlığına və rəqib skamyası ilə yaşanan gərginliyə də toxunub:

"Bu qədər fasilələrin olduğu bir qarşılaşmada 6 dəqiqənin əlavə edilməsi, məncə də, az idi. Rəqiblə aramızda yaşanan məsələyə gəldikdə isə, rəqibin köməkçi məşqçisi bizə qarşı ədəbsizlik etdi. Həmkarımla söhbətimiz də bu yöndə oldu. Bildirdim ki, bütün heyətimizdən üzr istəmək lazımdır. O da öz növbəsində məşqçinin əvəzinə hamımızdan üzr istədiyini bildirdi".

Heyətdəki fərdi çıxışları dəyərləndirən mütəxəssis Dani Bolt və Aleksey Kaşuk haqqında bunları deyib:

"Bəhlulun yoxluğunda belə bir heyət çıxarmağı uyğun gördüm. Boltun zəif çıxış etdiyini düşünmürəm, çünki qarşısında liqanın ən sürətli oyunçularından olan Maluda vardı. Kaşukda isə bəlkə də həyəcan var idi, o, daha yaxşı oynaya bilərdi. Musa Qurbanlıya gəldikdə isə, o, çox əziyyət çəkir. Əgər belə davam etsə, yaxın gələcəkdə start heyətində yer ala bilər".

Sonda çempionluq mübarizəsi barədə danışan Qurban Qurbanov komandasının xarakterini xüsusi vurğulayıb:

"Oyundan sonra həm sevinənlər, həm də üzülənlər var idi. Amma mən futbolçularımdan razı qaldım, xarakter göstərdilər. Məcbur deyilik ki, hər il çempion olaq, futbolda belə bir termin yoxdur. Lakin biz sonadək mübarizə aparacağıq. Bu gün rəqibin gücünü daha yaxşı anladıq. Əgər qalib gəlmək istəyiriksə, bugünkündən daha yaxşı oynamalıyıq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://qol.az
archiveBu xəbər 01 Mart 2026 22:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see347

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see290

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see284

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see279

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see269

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see264

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see256

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see249

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see237

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see229

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see221

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see203

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see203

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see200

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see196

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see196

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see195

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see194

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see183

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri