Icma.az
close
up
RU
Ağdamın şöhrəti özünə qayıdacaq

Ağdamın şöhrəti özünə qayıdacaq

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Həmin bu Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub. Birmənlı olaraq qeyd etməliyik ki, şanlı zəfərimizin əbədiləşdirilməsi məqsədilə verilmiş bu qərar böyük siyasi  və mənəvi əhəmiyyət kəsb edir. Çünki Vətən müharibəsindəki parlaq Qələbə bizim şanlı tariximizdir və bu tarix gələcək nəsillərin də yaddaşında mütləq yaşamalıdır.

Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı 1993-cü il 23 iyul tarixində baş vermişdir. 42 gün davam edən döyüşlər rayon ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuşdur. Rayon uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.

 Qeyd olunmalıdır ki, məhz Ağdam erməni işğalı nəticəsində ən çox dağıntılara məruz qoyulmuş rayonlarımızdan biri olub. Təsadüfi deyil ki, rayon işğaldan azad edildikdən sonra bura gələn və erməni vandalizminin nəticələrini görən xarici jurnalistlər Ağdamı Qafqazın Xirosiması adlandırmışlar. Erməni qəsbkarları digər işğal etdikləri ərazilərimizdə olduğu kimi, Ağdamda da  qəsdən mədəni və dini abidələrimzi dağıntılara məruz qoymuş, təhqir və qarət etmişlər. Bundan başqa işğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini də kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir. Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.”

Azərbaycan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə apardığı II Qarabağ savaşını tarixi Qələbə ilə başa vurduqdan sonra imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi.

Bu gün işğaldan azad olunmuş bütün digər ərazilərimiz kimi Ağdam rayonu da sürətlə bərpa edilir.  Bərpa işləri 2021-ci 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında aparılır. Ölkə Prezidenti cənab İlham Əliyevin mütəmadi olaraq Ağdama etdiyi səfərlər burada aparılan işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. Dövlətimizin başçısı təkcə bu il artıq üç dəfə Ağdama səfər etmişdir. Bu səfərlər çərçivəsində cənab Prezident Ağdam Sənaye Parkında yeni zavodların açılışlarında, İmarət Kompleksinin bərpadan sonra açılışında, “Aghdam City Hotel”in açılışında, “İmarət” stadionunun təməlqoyma mərasimində və onlarla digər mühüm tədbirlərdə şəxsən iştirak etmişdir. Birmənalı olaraq deyə bilərik ki, ən qısa zamanda Ağdamın əvvəlki şöhrəti özünə qaytarılacaq və bu rayon yenidən respublikamızın ən füsunkar bölgələrindən birinə çevriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Noyabr 2024 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri