Icma.az
close
up
RU
Ağdaş ı fəlakətə sürükləməyin! REPLİKA

Ağdaş ı fəlakətə sürükləməyin! REPLİKA

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

"Ağdaş" 2-ci liqanın 14-cü turu çərçivəsində "Şimal"ı qəbul etməli olsa da, matç baş tutmadı.

PFL-in saytında dərc edilən məlumata görə, buna səbəb meydan sahibinin qarla örtülmüş ot örtüyünü oyunun reallaşması üçün minimal vəziyyətə gətirmək yönündə hansısa addım atmamasıdı. Qurum bildirir ki, 14.00-a təyin olunan oyunla bağlı qonaq komanda, hakimlər, AFFA nümayəndəsi, oyun rəsmiləri təyin olunan vaxtda stadionda olublar. Hətta PFL tərəfindən Ağdaş təmsilçisinə tövsiyələr və 90 dəqiqə əlavə vaxt verilməsinə baxmayaraq, oyunun baş tutmasına hansısa cəhd edilməyib. Oyunla bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək. İş orasındadı ki, klub belə biabırçı duruma görə özündə günah görmür...
Bilindiyi kimi, dünən durumun daha çətin olduğu Qubada "Hypers Quba" - "Şəmkir" (1:2), Şəkidə isə "Şəki Siti" - "Lerik" (2:0) oyunları keçirildi. Belədə "Ağdaş"ın matçın baş tutması üçün səhər saatlarından 14.00-a qədər hansısa addım atmamasına biabırçılıqdan başqa nə ad verə bilərik? Təbii ki, klub əməkdaşlarının azlığından və maddi vəziyyətdən xəbərdarıq. Özündə stadionun ağ örpəyə büründüyünü əks etdirəön görüntüləri də izləmişik. Lakin həmin problemlərlə başqa 2-ci liqa klublarının da üzləşdiyini və PFL ilə lazımi səviyyədə əməkdaşlıq sayəsində bütün çatışmazlıqların aradan qaldırıldığını bilirik. "Ağdaş" isə konkret bu yöndə səy göstərməkdən yayınıb. Halbuki mərhum Rəhman Əliyevin mirasına daha məsuliyyətlə yanaşmaq lazım idi...
Onsuz da komanda problem içində üzür. 10 xalla 12-ci pillədə qərarlaşan kollektivin nəinki 2-ci liqanı tərk etməsi, mövsümün sonunda fəaliyyətini dayandırması belə mümkündü. O başqa məsələ ki, PFL ötən mövsümün sonunda verdiyi tövsiyə və bəzi xeyirxah əməllər sayəsində "Ağdaş"ı belə fəlakətlə üzləşməkdən xilas edib.
Sözümüzün canı odu ki, klub rəhbərliyi işinə daha məsuliyyətlə yanaşmalı, yuxarıda adları qeyd olunan, daha doğrusu, matçın keçirilməsi üçün vaxtında stadionda olan şəxslərin əməyinə hörmətsizlik etdiyinə görə üzülməli və bundan sonrası üçün təcili tədbirlər görməklə müqəddəratını yaxşı yöndə həll etməlidi!
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Mart 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri