Icma.az
close
up
RU
Ağdərə ağ günlərinə qovuşur

Ağdərə ağ günlərinə qovuşur

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rayonun daha 4 kəndində ilk köç sevinci yaşandı

Xoş arzularla, yeni ümidlərlə qarşıladığımız 2026-cı ilin elə ilk günlərindən işğaldan azad edilmiş torpaqlarımızda daha bir bayram əhvali-ruhiyyəsi yaşandı. Yanvarın 9-da Vətən həsrəti sona çatan keçmiş məcburi köçkünlərin köç karvanları ilk dəfə Ağdərənin 4 kəndinə istiqamət götürdü, rayonun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə həyat qayıtdı.

Bununla da ölkəmizin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış 337 nəfərdən ibarət 89 ailənin ən böyük arzuları reallığa çevrildi, təkcə ağdərəlilər deyil, bütün xalqımız yeni qayıdış müjdəsinə sevindi.

İlk mərhələdə Çıldıran kəndinə 48 nəfərin (13 ailə), Aşağı Oratağa 119 (31 ailə), Heyvalı kəndinə 74 (19 ailə) və Çapar kəndinə 96 nəfərin (26 ailə) köçürülməsi reallaşdı.

Ağdərəyə çatan köç karvanlarını Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları qarşıladılar. Evlərin açarlarının təqdim edilməsi mərasimində çıxış edən Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli keçmiş məcburi köçkünləri təbrik edərək, onlara xoşbəxt və firavan həyat arzuladılar.

Qeyd olundu ki, köç olan kəndlərdə yaşayış üçün bütün zəruri infrastruktur yaradılıb. Yaşayış evləri bərpa olunub, elektrik, qaz, içməli su, yol və rabitə xətləri istifadəyə verilib. Köçən ailələrin məşğulluq məsələsi isə daim diqqət mərkəzindədir.

Ağdərə sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür etdilər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirdilər, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət dilədilər.

“Xalq qəzeti” olaraq biz də ağdərəlilərin sevincinə qoşularaq, onların təəssüratlarını öyrəndik. Aşağı Oratağ sakini Qənimət Rüstəmov bildirdi ki, doğma yurda qayıtmaq, burada daimi yaşamaq onun ən böyük xəyalı, müqəddəs arzusu olub:

– Kəndimiz işğal olunanda 38 yaşım vardı. İndi 70 yaşındayam. Qürur duyuram ki, yenidən qurulmuş, gözəl Oratağın ilk sakinlərindənəm, övladlarımla, nəvələrimlə daimi yaşamaq üçün bu gözəl yerlərə dönmüşəm. Həsrət dolu günlərimiz geridə qaldı. Daha bundan sonra doğma kəndimdə, yeni təmir olunmuş evimdə rahat yaşayacağam. Buna görə də sevincimin həddi-hüdudu yoxdur. Bu gündən daha məcburi köçkün deyiləm və mənim kimi, həmkəndlilərimin də ən böyük arzusu reallığa çevrilib. Çox şükür, Allaha!

Adilə Köçəriyeva da qayıdış sevincini dilə gətirdi:

– Məcburi köçkün kimi Bərdədə məskunlaşmışdıq. Əlbəttə ki, Vətənimizin hər qarışı doğmadır, əzizdir. Ancaq ata-baba yurdunun yerini heç nə verə bilməz. Ona görə də bugünkü köçdə öz kəndlərinə qayıdan insanların hamısı sonsüz fərəh və qürur içindədir. Bütün yol boyu dua edib Allahdan şəhidlərimizə rəhmət diləmişəm. Allah Prezidentimizə cansağlığı, uzun ömür versin, ordumuzu qorusun! Bir də dua etmişəm ki, Allah xalqımızın birliyini heç zaman pozmasın! Amin!

Doğma sakinlərinin eyni gündə Ağdərənin 4 kəndinə qayıdışı təkcə onların deyil, hamımızın sevinci və qürurudur. Sözsüz, bu günlər də şanlı zəfər tariximizin növbəti qızıl hərflərlə yazılmış səhifələrinə çevriləcək.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Ağdərə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Yanvar 2026 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see332

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see258

Azərbaycanda “Temu”ya qarşı İŞ QALDIRILDI KONKRET

14 İyul 2026 16:24see249

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see244

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see239

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see201

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see199

Fransız qadınların 50 yaşında 20 yaşındakı kimi görünməyinin sirri

15 İyul 2026 04:04see187

Cəmiyyətdə kişi anlayışı vizuallıqdan ibarət qalıb

15 İyul 2026 06:21see180

Türkiyədəki o dəhşətli gecədən 10 il keçdi

15 İyul 2026 02:02see176

Fransa İspaniya oyunu başladı YENİLƏNİR

14 İyul 2026 23:01see175

Bakıda ilk dəfə Lego Mego uşaq əyləncə mərkəzi açıldı

15 İyul 2026 01:08see169

Beş min dollar qazandı, Messi ilə görüşdü: in qarşılaşdığı qeyri adi azarkeş FOTO/VİDEO

15 İyul 2026 16:33see164

“İslamabad sazişi başa çatdı”

15 İyul 2026 07:00see164

Baş nazirdən Şuşa barədə YENİ QƏRAR

15 İyul 2026 23:06see164

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see161

Argentina yarımfinallarda uduzmur Altı oyunun hamısında final

16 İyul 2026 03:12see159

İran yaralanan mülki şəxslərin sayını açıqladı

16 İyul 2026 02:02see159

“Sabah” 10 cu qalib

16 İyul 2026 00:18see157

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib

16 İyul 2026 06:56see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri