Icma.az
close
up
RU
Ağdərə ağ günlərinə qovuşub

Ağdərə ağ günlərinə qovuşub

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

1993-cü ilin iyununda ikinci dəfə işğal edilən Ağdərə 2023-cü ilin 19–20 sentyabrında antiterror əməliyyatları ilə yenidən azadlığına qovuşdu. Ötən 3 ildə rayonda Böyük Qayıdış proqramı davamlı olaraq gerçəkləşdirilir.

30 ilə yaxın bir müddətdə Tərtər-Ağdərə-Kəlbəcər avtomobil yolu nəqliyyatın hərəkətinə həsrət qalmışdı. Uzun illər baxımsızlıq nəticəsində yol infrastrukturu yararsız vəziyyətə düşmüşdü. Lakin 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və abadlıq işlərinə başlanıldı. Uzunluğu 110 kilometr olan bu yol da qısa müddətdə yenidən qurularaq müasir standartlara uyğun vəziyyətə gətirildi. Eyni zamanda, rayonun digər yaşayış məntəqələrinə də asfalt yolların çəkilməsi diqqətdə saxlanıldı.

Böyük Qayıdış proqramı çərçivəsində indiyədək 859 ailə köçürülən Heyvalı, Çapar, Çıldıran, Talış, Həsənriz, Vəngli, Kolatağ və Aşağı Oratağ kəndlərində mühüm infrastruktur layihələri həyata keçirilib, insanların rahat yaşayışı üçün hərtərəfli şərait yaradılıb.

Rayonun işğaldan azad olunan ilk yaşayış məntəqəsi olan Suqovuşan kəndində 5 beşmərtəbəli yaşayış binası inşa olunaraq keçmiş məcburi köçkünlərin istifadəsinə verilib. Ümumilikdə 190 mənzildən 180-də sakinlər məskunlaşıb, 10 mənzil isə xidməti məqsədlər üçün ayrılıb. Əsasən Ağdam, Kəlbəcər və Ağdərə rayonlarından olan ailələrin məskunlaşdığı kənddə sakinlərin, təxminən, 90 faizinin məşğulluğu təmin edilib. Binalar müasir liftlərlə təchiz olunub, zirzəmilərdə avtomobil dayanacaqları yaradılıb. Kənddə tibb məntəqəsi, tam orta məktəb, məscid və müxtəlif iaşə obyektləri tikilərək istifadəyə verilib.

Suqovuşan Su Anbarı bölgəyə xüsusi gözəllik bəxş edir. Şəffaf və təmiz suyu ilə seçilən anbar kənd təsərrüfatının inkişafında mühüm rol oynayır və 5 rayonun suvarma problemini aradan qaldırır. Eyni zamanda, burada mütəmadi olaraq müxtəlif su idmanı yarışları keçirilir.

Ağdərə zəngin su ehtiyatları ilə də diqqət çəkir. Rayonda strateji əhəmiyyət daşıyan Sərsəng Su Elektrik Stansiyası yerləşir, Tərtərçay, Xaçınçay və digər çoxsaylı çaylar axır. İşğaldan azad olunmuş ərazilərdə enerji infrastrukturunun bərpası çərçivəsində Suqovuşan və Torağay çayları üzərində tikilən “Torağay-1”, “Torağay-2”, “Torağay-3” və “Həsənriz” su elektrik stansiyaları fəaliyyət göstərir.

Rayon təbii bulaqları ilə də məşhurdur. Suqovuşanda fəaliyyət göstərən balıqçılıq təsərrüfatında əsasən nərə və qızılxallı balıq növləri yetişdirilir ki, bu da bölgədə akvakulturanın inkişafına mühüm töhfə verir. Əhali əsasən heyvandarlıq, əkinçilik və arıçılıqla məşğul olur. Bölgədə bağçılığın inkişafı üçün əlverişli şərait mövcuddur və hər il yeni meyvə bağları salınır. Rayon turizmin inkişafı baxımından da böyük potensiala malikdir. Hazırda Ağdərə şəhərində, eləcə də Vəngli və Çapar kəndlərində müasir hotellər fəaliyyət göstərir. Xüsusilə yaz və yay aylarında yerli və xarici turistlərin rayona marağı artır. Müşahidələr bölgəyə gələn turistlərin sayının ildən-ilə artdığını göstərir.

Rayon, eyni zamanda, təbii sərvətlərlə zəngindir. Canyataq və Dəmirli kəndləri yaxınlığında yerli əhalinin müəyyən hissəsinin işlə təmin olunduğu bir neçə müəssisə mis-molibden istehsalı sahəsində fəaliyyət göstərir. Bundan başqa, rayon ərazisində daş kömür və mərmər yataqları da var.

Ağdərə həm də qədim tarixi-mədəni irsi ilə seçilir. Torağay çayı ilə Tərtərçayın qovuşduğu ərazidə qədim Alban məbədi yerləşir. Tarixi mənbələrə görə, Çar Rusiyası dövründə bu tikilidən həbsxana kimi istifadə olunub. Hazırda abidə bərpa edilib. Digər Alban məbədi isə Suqovuşan ərazisində yerləşir. Dəniz səviyyəsindən, təxminən, 2 min metr yüksəklikdə yerləşən bu dini kompleksin əsası V əsrdə qoyulub.

Rayona səfərimiz zamanı əslən Ağdam rayonundan olan və hazırda Suqovuşanda yaşayan Quliyevlər ailəsi ilə görüşdük. Beş nəfərdən ibarət ailə yeni tikilmiş binada üçotaqlı, geniş və işıqlı mənzillə təmin olunub. Sürücü işləyən ailə başçısı Müşfiq Quliyev deyir: “Ağdam işğal edildikdən sonra Mingəçevirdə ictimai binada yaşamağa məcbur olduq. Şəraitimiz ağır idi. Torpaqlarımız azad olunduqdan sonra isə aidiyyəti qurumlara müraciət etdik və Böyük Qayıdış proqramı çərçivəsində mənzillə təmin olunduq. Bunun üçün Ali Baş Komandan İlham Əliyevə ailəm adından dərin təşəkkürümü bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm…”

Digər həmsöhbətimiz əslən Kəlbəcərin Qaragüney kəndindən olan Süleyman Abışov oldu: “Kəlbəcər işğal ediləndən sonra Bərdənin Həsənqaya kəndində qohumlarımızın evində yaşadıq. Vətən müharibəsindən sonra isə müraciətimiz nəzərə alınaraq ailəmiz Ağdərənin Heyvalı kəndinə köçürüldü.

Burada əsas məşğuliyyətimiz heyvandarlıqdır və bunun üçün hər cür şərait yaradılıb. Yayda mal-qaranı Kəlbəcər yaylaqlarına aparır, qışda isə yenidən Heyvalıya qayıdırıq. Dövlət tərəfindən verilən evdə hər cür şərait var. Vaxtilə məcburi köçkün kimi gəldiyim “UAZ” markalı avtomobillə indi rahat şəkildə doğma yaylaqlara gedirəm”.

Süleyman Abışov Ağdərədə quruculuq işlərinin sürətlə davam etdiyini və yaxın gələcəkdə daha çox keçmiş məcburi köçkünün öz doğma yurduna qayıdacağına əmin olduğunu bildirdi.

Digər həmsöhbətimiz isə əslən Kəlbəcərin Zağalar kəndindən olan Yaşar Məmmədov oldu: “Üç nəfərdən ibarət ailəmiz uzun illər Ağsu rayonunun Hinqar kəndində köhnə evdə yaşayıb. Özüm Azərbaycan dili və ədəbiyyat, həyat yoldaşım isə fizika fənnini tədris edir. Qərara gəldik ki, fəaliyyətimizi işğaldan azad olunmuş ərazilərdə davam etdirək. Müraciətimiz nəzərə alınaraq Vəngli kəndində bütün şəraiti olan fərdi evlə təmin olunduq. Həyətimizdə kənd təsərrüfatı məhsulları yetişdirir, meyvə ağacları əkirik. Kənddə yaradılmış şəraitdən son dərəcə razıyıq. Məktəb əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilib”.

Bu gün Ağdərə rayonunda Böyük Qayıdış proqramı uğurla davam edir. Aparılan quruculuq işləri, yaradılan sosial infrastruktur və iqtisadi imkanlar insanların doğma torpaqlara qayıdışını sürətləndirir. Ağdərə artıq təkcə azad edilmiş rayon deyil, həm də inkişaf edən diyardır.

Vəli VƏLİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 İyun 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see297

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see287

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see273

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see255

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see251

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see245

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see226

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see221

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see209

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see204

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see204

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see201

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see196

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see195

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see187

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see183

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see182

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see170

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see167

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri