Icma.az
close
up
RU
Ağdərə əməliyyatında müəmmalar: İki böyük komandirin şəhadəti 33

Ağdərə əməliyyatında müəmmalar: İki böyük komandirin şəhadəti 33

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

12 iyun 1992-ci il – həmin günXocavənd , Ağdərə, Goranboy, Əsgəran, Ağdam, Füzuli istiqamətində ordumuz düşmənə qarşı əks hücum əməliyyatına başladı.


Ağdamda yerləşən batalyonlar da bu döyüşə səfərbər oldu. Geniş miqyaslı bir hərbi əməliyyata start verildi. Əslində bu gün soyuq başla, iti məntiqlə düşünüb, o illərdə baş verən bütün əməliyyatları, kəşfiyyatları , döyüşləri analiz edərkən, aydınca görürsən ki, bir tərəfdə canını vətənə qurban verməyə hazır minlərlə oğul durub, digər tərəfdə düşmən! Yox, mən xalqımıza qarşı qanlı müharibə aparan erməni-rus hərbi birləşmələrini nəzərdə tutmuram. Onlardan da güclü, onlardan da qatı düşmənimizdən danışıram! Gözə görünməyən, adı hallanmayan, əli igidlərimizin qanına batmış, vətənimizi düşmənə ucuz qiymətə satan, içimizdəki xainlərdən danışıram.
12 iyun döyüş əmri verildi. "Vətən oğulları" batalyonun komandiri Allahverdi Bağırov batalyonu ilə birgə döyüşə atıldı. Amma..
Hələ 1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvə və texnikasını darmadağın edib, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləmişdi, Pircamal kəndindəki bütün yüksəklikləri tutmuşdu, Kətük kəndi ilə üzbəüz mövqe qurmuşdu. Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazım olmuşdu. Uğurlu əməliyyata görə Allahverdi Bağırov “General Məhəmməd Əsədov” mükafatına layiq görülmüşdü.
Ağdərə əməliyyatındakı fəaliyyət batalyonun ən böyük hərbi uğuru oldu. Beləki, 1992-ci il 12 iyunda Aranzəmin kəndi üzrə döyüşlərdə onun dəstəsi 100 nəfər erməni əsgərini məhv etdi və 10 düşmən əsgərini əsir götürdü.
Bax yuxarıda bəhs etdiyim içimizdəki satılmışlar, o xain əllər bu uğurun davamını görmək istəmədilər. Bir Allahverdi Bağırovu məhv etməklə, yüzlərlə, minlərlə döyüşçünü başsız qoymaq, həvəslə qoşulduqları bu əməliyyatdan əl-qollarını soyutmaq üçün planlarını həyata keçirdilər. Komandir Bağırov hələ yanvar ayında ermənidən-rusdan təmizlənmiş Naxçıvanlı kəndindən Ağdama geri qayıdarkən yolda minaya düşərək şəhid oldu. Heç o vaxt maraqlanan da olmadı ki, axı bir komandir döyüşün qızğın çağında təcili iş üçün geri, Ağdama niyə çağrılsın ki? Allahverdi Bağırovla birgə onun  sürücüsü Əmir Mirzəyev və Nizami Şükürov adlı həkim də  şəhid olmuşdu. Təəssüf ki, düşmənin planı işlədi.


O dövr üçün ağır zərbə, böyük itki idi. Amma ordu özünü vətən xatirinə toparlaya bildi, ordu irəliləyirdi, ordu məqsədinə çatmaq üçün canını heçə sayıb düşmən üstünə gedirdi.
Erməni-rus birləşmələrindən güc alan xain əllər, satqınlar növbəti dəfə təlaşa düşdülər. Ağalarının əmrini yerinə yetirmək , onlara ikinci böyük zərbəni vurmaq, ordunu dayandırmaq lazım idi. Düşmən oxları 836 saylı Ağdam özünü müdafiə alayı- komandiri polkovnik-leytenant Şirin Mirzəyevi göstərirdi.

Dəfələrlə Qarabağ müharibəsi qazisi, jurnalist Rey Kərimoğlu bu mövzu ilə bağlı müzakirəmiz olub. Aradan 33 il keçməsinə baxmayaraq o döyüşdə iştirak edən bütün döyüşçülər kimi Kərimoğlunun da yaddaşında o günlər olduğu kimi qalıb: “Bizim batalyonun heyətinin qarşısına məqsəd qoyulmuşdu ki, 12 iyun axşamına qədər Sırxavənd, Yeni Qaralar, Bəşirlər, Kiçan istiqamətində hücuma keçməli və Kiçan kəndində yerləşməliyik. İyunun 12-si gündüz saat təxminən 13-14 radələrində biz Xaçın çayının yatağı boyu üzü Kiçan istiqamətində mövqe tutub dayanmışdıq. Artilleriya bizim kəşfiyyat dəstəsinin verdiyi koordinatlar üzrə atəş açmağa başladı... Və biz çayın sol tərəfinə keçib, Ballıqaya-Kiçan istiqamətində irəliləməyə başladıq.
Bizim qəfil hücumumuz, irəliləməyimiz düşməni çaşbaş salmışdı. Çaşbaşlığları keçəndən sonra ciddi müqavimət göstərməyə başladılar. Amma bizimkilər bütün hücumları dəf edib irəliləyirdilər. İyunun 12-si artıq saat 4-5 radələrində batalyonumuz Sırxavənd, Qaralar, Bəşirlər kəndlərini və bir neçə strateji yüksəkliyi azad etdi. Axşam saat 8 radələrində isə artıq erməni silahlılarının mərkəzi qərargahı olan Ballıqaya–Kiçan mövqeyinə daxil olduq. Lakin sağ və sol cinahlarımızdakı digər hərbi hissələr baş plana uyğun olaraq irəliləyə bilmədiyindən batalyonumuzun mühasirədə qalmaq təhlükəsi var idi. Neçə gün ac-susuz yuxarıdan əmr gözləyirdik. “Ratsia”mızın batareyası da bitdiyindən artıq heç bir əlaqə yarada bilmirdik. Təxminən iyunun 16-da “Qız qəbri” postunadək geri çəkilməyə məcbur olduq və orada ermənilərlə qarşılaşdıq. Mühasirə xeyli davam etdi. Düşmən tərəfdən üstümüzə iki vertolyot qalxdı. Ancaq Yeni Qaralar kəndindəki postumuzdan Ağa adlı bakılı balası vertolyotlardan birini “İqla” raketi ilə burdu. Bundan sonra biz ruhlanıb, Xankəndi istiqamətində hücuma keçdik və mühasirəni yara bildik...
Tam məsuliyyətimlə deyirəm ki, erməni tərəfinin itkisi bizdən ən azı iki dəfə çox olurdu.Təəssüf ki, Şirin Mirzəyevin gözlənilmədən minaya düşərək, həlak olması bu əmliyyatı yarımçıq qoydu.
Müəmma dolu ikinci zərbə, ikinci ən ağır itki...
1992-ci il 18 iyun... Bax o dəhşətli günün şahidi, 836 saylı alayın kəşfiyyat bölük komandirinin müavini Rafiq Kərimovla da müzakirə etmişik. Kərimov deyirdi ki, Kiçanda ağır itkilər verib geri çəkilmişdik:” İyunun 18-də Qaralar tərəfdəki postdan irəlidə dayanan tankların yanına gedirdi. Bir gün öncə düşmən arxasına getmiş kəşfiyyatçılarla rabitə ilə əlaqə saxlamaq istədi, amma alınmadı. Rabitə əlaqəsi kəsildi. Dedi ki, bir azdan yenə əlaqə saxlamağa cəhd edəcək. Maşına minib getdi. Mən də minmək istəyirdim, yer olmadı deyə, qoymadı. Amma yeznəm Yavər Babayev, Şirin Mirəzyevin yaxın qohumları Mübariz, Araz və tankçıların komandiri onunla birgə maşına oturdular. Amma...(Bir anlıq susur) Amma bir də gördüm ki, maşın göyə uçdu. Minaya düşmüşdü. Tez özümü ora çatdırdım. Birinci Şirin Mirzəyevə tərəf qaçdım. Qan aparır, rabitə cihazı da əlində, sifəti də his içində...
Bax beləcə döyüş nöqtəsindən aralıda dümdüz yolun tam ortasında komandirin UAZ-469 avtomobili müəmmalı şəkildə “tank üçün mina”ya tuş gəldi.
836 saylı alayın yaradıcısı və komandiri Şirin Mirzəyevin, 708 saylı briqadanın tank komandiri baş leytenant Qahir Hüseynovun, 836 saylı alayın kəşfiyyat dəstəsinin (xüsusi təyinatlı hücum dəstəsinin) komandiri leytenant Yavər Babayevin, Mübariz və Araz Mirzeyevin (Hər ikisi Şirin Mirzəyev nəslinin nümayəndəsidir) şəhid oldu.
Mənbələr bildirir ki, 18 iyun, 1992-ci il tarixində Dağlıq Qarabağdakı erməni rejimi fövqəladə vəziyyət elan etdi. 15 avqustda isə erməni rejimi müdafiə nazirliyi yaradır. Nazirliyə ilk dövrlər Robert Köçəryan, sonrada isə Serj Sarqsyan rəhbərlik etmişdir. Özünü müstəqil elan etmiş DQR-də qismən səfərbərlik çağırışı elan edildi, əvvəllər hərbi xidmətdə olmuş 18–40 yaşlı əsgər və çavuşlar döyüşlərə cəlb edildi. Yeni çağırışçılarla birlikdə onların sayı 15.000-ə çatırdı. Hərbi islahatlar sürətlə keçirilməsi nəticəsində könüllü erməni dəstələri vahid komandanlıq altında döyüş vəziyyətinə gətirildi və nəticədə Dağlıq Qarabağ Müdafiə Ordusu (DQMO) yaradıldı.
Rus generalı Lev Ruxlovun sözlərinə görə, Rusiya Mozdokdakı hərbi bazasından döyüş bölgəsinə gətirdiyi T-72 tankları və 50 ədəd BMP-2 hərbi döyüş texnikası ilə ermənilərə kifayət qədər güclü dəstək vermişdir. Hərbi sursatların əksəriyyəti Antonov An-124 yük təyyarəsi vasitəsilə Dağlıq Qarabağa daşınırdı. Bu isə DQR-də itirilmiş torpaqların geri qaytarmaq üçün zəmin yaratdı.
Rusiyanın müdaxiləsindən sonra böyük itkilər vardı. 9 iyul 1992-ci ildə prezident Əbülfəz Elçibəyin birtərəfli qaydada 30 günlük atəşkəs elan etməsi ilə dayandırıldı.

 33 il ruhumuzdan, qəlbimizdən silməyən açıları məhz 1992-ci ilin isti iyun günlərində yaşadıq: Ağdərəni, Allahverdi Bağırovu, Şirin Mirzəyevi və minlərlə igidi itirdiyimiz , çarəsiz qaldığımız o günləri unutmaq böyük qəbahətdir! UNUTMAYAQ! Düşmənlərimizin çox və böyük olduğunu da UNUTMAYAQ!

Əntiqə Rəşid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://adalet.az
archiveBu xəbər 18 İyun 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see235

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see225

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see166

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see142

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see130

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see125

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see116

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see114

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see112

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see112

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see112

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see111

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see111

Ukrayna Energetika Nazirliyi Rusiyanın Azərbaycan qazını tədarük edən GTS obyektinə hücumu barədə məlumat verib

06 Avqust 2025 16:16see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri