Icma.az
close
up
RU
Böyük Qayıdışın yeni ünvanı Ağdərə

Böyük Qayıdışın yeni ünvanı Ağdərə

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

30 illik işğaldan sonra 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Qarabağın azadlığı, Vətənimizin bütövləşməsi və suverenliyinin tam şəkildə bərpası ilə nəticələndi. Yenilməz Ordumuzun qazandığı Zəfərdən sonra çəkilən “Zəfər yolu” ilə ötən beş il ərzində Qarabağa yol alan köç karvanları köksündə 30 il yurd həsrəti daşıyan soydaşlarımızın nisgilinə son qoydu. Böyük Qayıdış çərçivəsində öz doğma torpaqlarına qovuşan soydaşlarımızın sayı günbəgün artmaqdadır. Bu günlərdə işğaldan azad edilən torpaqlarımıza Böyük Qayıdışın xəritəsinə Ağdərə rayonu da əlavə olundu.

Vətən müharibəsindən sonra erməni separatçılarının bir hissəsi Qarabağda, o cümlədən Ağdərədə qalmaqda idilər. Üçtərəfli bəyanatın şərtlərinə və dövlətimizin sülh çağırışlarına baxmayaraq, onlar Azərbaycan vətəndaşlığını qəbul edərək reinteqrasiya olunmaq haqqında düşünmür, əksinə, gizlin yollarla Qarabağa silah daşımaqda davam edirdilər. 20 sentyabr 2023-cü il tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində qazanılan tam və qətiyyətli qələbə Vətənimizin ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etdi, Xankəndi, Xocalı, Əsgəran kimi Ağdərə rayonu da ölkəmizin tam nəzarətinə keçdi. Prezident İlham Əliyev böyük qürur hissi ilə oktyabrın 15-də digər ərazilərimizdə olduğu kimi, Ağdərə şəhərində də Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Uğurlu antiterror tədbirlərindən sonra Azərbaycan Respublikası Milli Məclisinin 5 dekabr 2023-cü il tarixində keçirilən iclasında Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi qəbul edildi. Layihəyə əsasən, inzibati ərazi vahidi kimi 13 oktyabr 1992-ci ildə ləğv olunan və ərazisi Kəlbəcər, Tərtər, Ağdam rayonları arasında bölüşdürülən Ağdərə rayonunun ərazisinin yenidən təşkili, Suqovuşan qəsəbəsinin yenidən Ağdərə rayonunun tərkibinə verilməsi, rayon mərkəzinin Ağdərə şəhəri olması nəzərdə tutuldu. Nəticədə, dövlət başçısının imzaladığı 27 dekabr 2023-cü il tarixli qanuna əsasən, bütöv, suveren Azərbaycan xəritəsində Ağdərə inzibati rayonunun yenidən təşkil olunması prosesinə başlanıldı.

İşğaldan əvvəl Ağdərə rayonunda iki qəsəbə, 57 kənd, 67 klub, 51 kitabxana, 30 orta məktəb, 7 xəstəxana, 1 texniki peşə məktəbi olmuşdur. İşğal illərində beynəlxalq konvensiyalara zidd olaraq ərazidə qeyri-qanuni məskunlaşma aparılıb və yerli toponimlərin hamısı dəyişdirilmişdir. Tərtər çayı üzərində salınmış Sərsəng su anbarı işğal dövründə ermənilər tərəfindən ekoloji terrora məruz qalaraq təhlükə mənbəyinə çevrilmişdi. Tarixi-mədəni abidələr və qədim körpülər, müqəddəs ziyarətgahlar, məzarlıqlar dağıdılaraq yerlə-yeksan edilmişdi. İşğalçı dövlət Ağdərə rayonunun ərazisində bu illər ərzində qanunsuz iqtisadi fəaliyyətlə məşğul olurdu.

Rayon ərazisinin 44 faizini təşkil edən 75 min hektar meşə sahələrinin, Tərtər çayı vadisində xüsusi olaraq qorunan Şərq çinarı meşəliyinin yandırılaraq məhv edilməsi ermənilərin ekologiyaya hansı miqyasda zərər vurduğunu bir daha göstərir. Ağdərə rayonu ərazisində zəngin qızıl və mis ehtiyatlarına malik Qızılbulaq yatağı, sənaye ehtiyatları 37,3 milyon ton dəyərləndirilən qurğuşun yatağı, 40,4 milyon ton sink resurslarına malik Mehmana yatağı, ehtiyatları 100 milyon ton dəyərləndirlən Dəmirli mis yatağı, Canyataq-Gülyataq qızıl yataqları, Şorbulaq-1, Şorbulaq – 2 mişar daşı yataqları, Ağdərə gəc yatağı Ermənistan tərəfindən vəhşicəsinə istismar edilərək xarici investorlara satılmışdı.

Hələ 2011-ci ildə Ermənistanın o zamankı energetika və təbii ehtiyatlar naziri Armen Movsisyan Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə bildirmişdi ki, Ağdərə rayonundakı daş kömür yataqlarında ehtiyatların həcmini araşdırmaq üçün tədqiqat işləri aparılır. Onun sözlərinə görə, işlərin hələ başa çatmamasına və bir neçə il davam edəcəyinə baxmayaraq artıq indidən aydındır ki, Dağlıq Qarabağda daş kömür ehtiyatları İrəvan İstilik Elektrik Stansiyasının köhnə enerji blokunu yenidən işə salmaq üçün yetərlidir.

Lakin bütün bunlar Ermənistan hakimiyyətinə və millətçilərinə özlərinin işğal siyasətini sona qədər davam etdirməsini və “dənizdən dənizə böyük ermənistan” yaratmaq kimi xam xəyalların reallaşmasını təmin edə bilmədi.
Müzəffər sərkərdə, rəşadətli ordu birliyi və ümumxalq həmrəyliyi ilə bu gün ərazi bütövlüyünə qovuşmuş Vətənimizin hər guşəsində olduğu kimi, Ağdərənin də əngin səmalarında azadlığın və ilahi ədalətin rəmzi kimi üçrəngli Azərbaycan bayrağı dalğalanır.

Ağdərə rayonunun yenidən yaradılması, Ağdərənin Həsənriz kəndində ilk yaşayış məntəqəsinin salınması, keçmiş məcburi köçkünlərdən ibarət köç karvanının sevinc və qürur hissi ilə Ağdərəyə yola salınması dövlətin qədim yurd yerlərinə olan həssas münasibətinin və diqqətinin göstəricisidir. Rayon ərazisinin əvvəlki qaydada yenidən təşkil olunması, Suqovuşan qəsəbəsinin yenidən Ağdərə rayonunun tərkibinə verilməsi və rayon mərkəzinin Ağdərə şəhəri olması Ağdərə sakinlərini xüsusilə sevindirir.

Kənd təsərrüfatı sahəsində üzümçülük, taxılçılıq və heyvandarlıq sahəsində geniş perspektivləri olan Ağdərənin ayrı bir inzibati ərazi kimi yaradılması gələcəkdə təbii ehtiyatlarla zəngin rayonun iqtisadi cəhətdən inkişaf etməsinə də geniş imkanlar yaradır. Ağdərə Azərbaycan üçün mühüm strateji əhəmiyyət kəsb edən bölgə olaraq qısa bir zamanda tam məskunlaşacaq və ölkənin ən gözəl bölgələrindən birinə çevriləcək.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Mart 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see386

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see242

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see240

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see223

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see222

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see220

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see218

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see218

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see217

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see217

Payızda dəriyə qulluq necə edilməlidir?

18 Sentyabr 2026 11:25see212

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see211

Evdə ayaqyalın gəzmək faydalıdır? Həkimdən cavab

18 Sentyabr 2026 14:03see205

Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

18 Sentyabr 2026 17:19see199

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see196

Əhliman Əmiraslanovun sədrliyi ilə Səhiyyə komitəsinin ilk iclası keçirildi FOTOLAR

18 Sentyabr 2026 10:36see195

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see193

Ayağı sınan idmançı bir il sonra çempion oldu Reablitasiya möcüzəsi VİDEO

18 Sentyabr 2026 18:11see190

Ürək xəstəliyi olanlara kartof makaron qadağandır Kardioloq

18 Sentyabr 2026 18:20see187

Alzheimer özünü belə göstərir: Yaddaş itkisindən əvvəl 4 siqnal

18 Sentyabr 2026 17:51see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri