Vuçiç: Serbiya heç kimin 1999 cu ildəki NATO təcavüzünü təkrarlamasına imkan verməyəcək
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
Serbiya tarixinin ən güclü ordusuna malikdir və heç kimin 1999-cu ildəki NATO təcavüzünü təkrarlamasına imkan verməyəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
"1999-cu ilin bir daha təkrarlanmamasını təmin etmək üçün təcrübəli mütəxəssislərimiz var. Serbiyaya hücum etməyi düşünən hər kəs bu barədə iki dəfə düşünməlidir. Ordumuz indi əvvəlkindən daha güclüdür", - deyə Serbiya lideri vurğulayıb.
Vuçiç həmçinin qeyd edib ki, Belqrad bu yaxınlarda Serbiya ordusu üçün milyard dollarlıq müqavilələr imzalayıb. O, ölkənin hava məkanını qorumaq üçün lazım olan hər şeyi əldə etdiyini və növbəti üç il ərzində özünün çoxqatlı hava hücumundan müdafiə sistemini quracağını açıqlayıb. Prezident bildirib ki, Hava hücumundan müdafiə baxımından Serbiya Avropanın ən yaxşı təchiz olunmuş ölkələrindən birinə çevriləcək.
Qeyd edək ki, NATO-nun Yuqoslaviya Federativ Respublikasına qarşı təcavüzü 24 mart 1999-cu ildə başladı və 78 gün davam etdi. Alyans rəhbərliyi Müttəfiq Qüvvələr Əməliyyatının əsas səbəbi kimi Kosovoda alban əhalisinə qarşı soyqırımın qarşısının alınmasını göstərdi.
Cavid
Bu mövzuda digər xəbərlər:Aleksandr Vuçiç: “Serbiya Avropa yolunda qalacaq”
08 May 2025 11:48
Vuçiç: Serbiya Aİ üzvlüyünə sadiq qalacaq
26 Mart 2025 02:13
Serbiya xalqına şad xəbərim var Vuçiç
27 Fevral 2025 15:40
Aleksandar Vuçiç: Serbiya hökuməti yenidən formalaşdırılacaq
28 Yanvar 2025 14:10
Vuçiç: “Azərbaycan Serbiya üçün mühüm qaz mənbəyidir”
02 Sentyabr 2025 20:15
Baxış sayı:29
Bu xəbər 30 Dekabr 2025 21:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















