Icma.az
close
up
RU
Ağılla dərk edilməyən “kağız pələng”in süqutuna aparan yol

Ağılla dərk edilməyən “kağız pələng”in süqutuna aparan yol

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

ABŞ sanksiyalarından sonra Rusiya rəhbərliyində müharibə başlayandan bəri narahatçılıq gərginlik səviyyəsinə doğru inkişaf edir. Dörd ilə yaxın davam edən müharibə ​ hərbiçilər arasında, Putin komandasında, Rusiya cəmiyyətinin içərisində də, sadəcə ciddi yorğunluq riskləri yaradır. Kreml döyüşə davam etmək qabiliyyətini itirdikdən sonra, müharibəni kompromis yolu ilə başa çatdırmaq üçün əsl danışıqlara məcbur ediləcək. Trampın axtardığı da budur. Amma, Putin nə olursa olsun, Ukrayna cəbhələrində sona qədər mübarizə aparmaqda qərarlı görünür və Ukraynaya qarşı müharibəni davam etdirmək, döyüş meydanında qələbə qazanmaq üçün əvvəlkindən daha qətiyyətli təsir bağışlayır. Kəşfiyyat orqanları Rusiyanın Ukrayna ilə güzəştə getmək istəyinin heç bir əlamətini görmür.

Bütün bunlara baxmayaraq, tezliklə tam çöküş ehtimalı az olsa da.., Kremlin vəziyyəti pisləşir. O zaman nə baş verə bilər? Rusiya imperiyasının son 108 ildə üçüncü süqutunun şahidi ola bilərikmi? ​

Rusiya iqtisadiyyatının çöküşünün yaxın vaxtlara baş verməyəcəyinin səbəbi yalnız Çin və Hindistan deyil, nə qədər təzadlı görünsə də.., həm də Avropadır. Avropa ölkələrinin Rusiya neft və qazından asılılığı Tramp sanksiyasını sonadək təsirli etmir. Baltikyanı və Skandinaviya ölkələri istisna olmaqla Qərbi Avropanın ən güclü iqtisadiyyata malik dövlətləri belə, hələ də Rusiyadan enerji asılılığındadır və bu asılılıq sanksiyaların tam təsirini azaldır.

Əlbəttə, Rusiyanın neft sektoruna tətbiq edilən sanksiya, bank sektoruna yönələcək yeni məhdudiyyətlər və enerji obyektlərinə Ukraynanın davam edən zərbələri səbəbindən neft və qaz ixracının azalması Rusiyanın onsuz da çətin iqtisadi vəziyyətini daha da pisləşdirəcək. Nəzərə alaq ki, neft və qaz federal büdcənin əsasını təşkil edir və Ukraynada döyüşlərdə ilişib qalmış Kremlin gəlirlərinin 30%-ə qədərini təşkil edir.

ABŞ prezidenti bu yaxınlarda Rusiyanı "kağız pələng"lə müqayisə etdi və Putinə xəbərdarlıq etdi: "Moskva və digər şəhərlərin sakinləri bu müharibə ilə bağlı həqiqəti öyrənəndə və uzun növbələr səbəbindən benzin almağın demək olar ki, mümkün olmadığını görəndə bu, xalq üsyanına səbəb ola bilər."​ Rusiya cəmiyyəti doğrudan üsyana qalxa bilərmi?

​ Tyutçevin məşhur ifadəsindəki kimi “Rusiya ağılla dərk edilməz” və bu səbəbdən də məntiqlə proqnoz vermək özünü doğrultmaya bilər. Ukrayna müharibəsi başlayanda cəmiyyətin böyük bir hissəsi müharibəyə dəstək hissi ilə dolmuşdu və provaslav slavyan qardaşlarına qarşı təcavüzü vətənpərvərlik kimi dəyərləndirirdilər. Müharibənin ilk aylarında yaranmış bu yanlış vətənpərvərlik dalğası getdikcə məyusluq, yorğunluqla yanaşı verilən canlı itkilərə görə narazılığa da səbəb olur. Amma, ölkədə yaradılmış qorxu və xof narazılığın etiraz və müqavimət formasına hələ ki, keçid edə bilməyib. Hələ ki...

​ Tarix sübut edib ki, istənilən münaqişə uzandıqca vətənpərvərlik hissləri məyusluğa və yorğunluğa aparır. Rusiyanın öz tarixində də bu baş verib. Birinci Dünya müharibəsinə də vətənpərvər hisslərlə qoşulan Rusiya cəmiyyəti zaman keçdikcə ağır hərbi itkilər və iqtisadi çətinliklərlə üzləşdi və nəticədə ​ hakim rejimə qarşı narazılığı artıraraq gələcək inqilabların səbəblərindən birinə çevrildi. Bu inqilablar üç yüz illik Romanovlar hakimiyyətinə, çar Rusiyasının mövcudluğuna son verdi.​

Mövcud rejimi mütləq​ hərbi məğlubiyyət deyil, cəmiyyəti illərlə narazı salan siyasətin fəsadları da devirə bilər. Sovet imperiyasının süqutuna səbəb hərbi məğlubiyyət deyil, “yenidənqurma, şəffaflıq, demokratiya” kimi üç tezisin irəli sürülməsindən sonra cəmiyyət içərisində 70 ildən çox toplanmış narazılığın kütləvi etirazlara, hətta daxili müharibələrə gətirib çıxarması oldu.

Dörd ilə yaxın davam edən müharibə getdikcə Rusiya cəmiyyətində qütbləşmənin artmasına səbəb olacaq və nəticədə dərin parçalanma yaratma ehtimalı yüksəkdir. Burada qəti hökm vermək çətindir.

Bundan sonra nə olacaq?

Aydındır ki, Tramp Rusiyanın Ukraynadakı müharibəyə son qoymaqda barışmazlığından və güzəştə getmək istəməməsindən bezib. ​ Görünür, Tramp bu dəfə iqtisadi təsir vasitələrindən istifadə edərək Rusiyanı sistemli və hərtərəfli şəkildə sülhə məcbur etməyə çalışacaq. Yəni, əgər yaxşı istəmirsinizsə, pis nəticə alacaqsınız. Əlbəttə ki, Kreml yenidən sanksiyalardan yayınmağa çalışacaq, lakin bu, ABŞ-ın mövqeyinə görə daha çətin olacaq. Ətalət ssenarisi altında Rusiya iqtisadiyyatı, nə qədər güclü olsa da, tədricən aşağıya doğru spiral şəklində gedəcək. Putinin inadkarlığı sayəsində bu vəziyyətdə Rusiya müharibəni 2026-cı ilin sonuna qədər mövcud səviyyəsində saxlaya biləcək, lakin azalan intensivliklə. Putin, Rusiya qoşunlarının kütləvi itkilərinə və ölkə daxilində iqtisadi çətinliklərə baxmayaraq, əvvəlkindən daha dərin mövqe tutub. Rusiya diktatoru insan və maliyyə itkilərini əsaslandırmaq üçün Ukrayna ərazisi üzərində Rusiyanın nəzarətini genişləndirmək niyyətindədir.

Bu, hadisələrin pessimist proqnozudur. Hadisələrin gedişinə optimist baxsaq, müharibənin gələn ilin ilk aylarında bitəcəyi də istisna deyil. Trampın sanksiyaları və digər təsiredici tədbirləri yalnız bu sanksiya ilə bitmir və Putini danışıqlar masasına oturtmağa və ən azı atəşkəsə nail olmağa imkanları hələ tükənməyib.

İlham İsmayıl

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Oktyabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri