Icma.az
close
up
RU
Şüurla dərk olunmayan, ağılla idarə edilməyən təhkimçi Rusiya... (RƏY

Şüurla dərk olunmayan, ağılla idarə edilməyən təhkimçi Rusiya... (RƏY

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Dünya onillərdir ümidlə gözləsə də, Rusiya öz mahiyyətini əsla dəyişməyəcəyini hər addımda nümayiş etdirməkdədir.

3 əsrlik çarlıq dövrü, 70 illik bolşevik rejimi və nəhayət 1991-ci ildən sonra "demokratik respublika”... Bunlar son dörd yüz ildə Rusiyada bir-birini əvəzləmiş dövlət quruluşlarıdır. Ancaq hər birinin forması fərqli olsa da, məzmunu eynidir.

Davamlı işğal siyasəti, qonşulara qarşı aqressiya, öz xalqını əzmək, digər millətləri yox etmək cəhdi yaranışından bu yana Rusiyanın bərk oturmuş təbiətidir. Zaman, yenilənən şərait və başqa mühüm amillər bu mahiyyəti indiyə qədər dəyişdirə bilmir.

Rusiya öz tarixinə "qızıl əsr” kimi yazdığı 19-cu yüzildə qazandığı "Avropanın jandarmı” imicini sonrakı dönəmlərdə daha da "zənginləşdirib”. I Nikolayın Macar inqilabının (1848-49) qan içində boğulmasında iştirakı ilə Rusiyanın alnına yapışdırdığı ləkəni əvvəl bütün xələfləri, bu gün isə Vladimir Putin bir "şərəf nişanı” kimi daşımaqdadır.

2025-ci il, dünya özünün elmi-texniki inkişafının ən üst nöqtəsində, aktual çağırışlar bir-birini əvəzləyir, qlobal problemlırin həlli üçün yollar axtarılır, planlar cızılır... Ancaq bütün bunların Rusiyaya qətiyyən dəxli yoxdur. Bu ölkə XXI əsrin ilk rübündə də Aleksandr Blokun 1908-ci ildə yazdığı vəziyyətdədir: "Rusiya, yoxsul Rusiya" ("Россия, нищая Россия”).

Rusiya onun üçün nəinki dost-müttəfiq, heç qardaş anlayışının da olmadığını praktikasında dəfələrlə isbatlayıb. Dar günündə yanında olanları gen günündə əzib keçməkdən zərrə qədər çəkinməyib. Yəni Rusiyanın dövlət əxlaq(sızlığ)ı budur. Belə olmasaydı, SSRİ-nin rəzilcə süqutundan sonra keçmiş müttəfiqlər özlərini "şimal ayısı”ndan qorumaq üçün çarələr axtarmazdılar.

Ukrayna əsilli rus-sovet şairi Yevgeni Yevtuşenkonun 1961-ci ildə yazdığı "Ruslar müharibə istəyirmi?” adlı şeiri var. Sovet ordusunun 1990-cı il yanvarın 20-də Bakıda törətdiyi qanlı qırğınlardan sonra rejissor-ssenarist Ziya Şıxlinski eyni adlı qısametrajlı film çəkdi. Həmin filmdə sovet (rus) ordusunun 1956-cı ildə Budapeştdə, 1962-ci ildə Novoçerkasskda, 1968-ci ildə Praqada, 1986-cı ildə Almatada, 1989-cu ildə Tiflisdə və 1990-cı ildə Bakıda törətdiyi kütləvi qətliamlardan bəhs edilib.

Bu şəhərlərdə baş verən qırğınların təsvirindən sonra təkrar-təkrar səsləndirilən o sual həm də publikanın birmənalı cavabı kimi qəbul olunur. Əksini söyləmək, yox, "ruslar müharibə istəmir”, - demək üçün insanın ağlını itirməsi lazımdır.

Sovetlərin dağılmasından sonra postsovet məkanında tezliklə amansız müharibələrə çevrilən etnik münaqişələrdə tökülən qanlar da Rusiyanın çoxdan itirdiyi vicdanındadır. Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanı regionlardakı konfliktlərdən yalnız birincisi Azərbaycan dövlətinin iradəsi ilə aradan qaldırılıb. O biri regionlar isə hələ də hər an partlaya biləcək "barıt çəlləyi”nin üzərindədirlər.

Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hərbi təcavüzü isə yuxarıda da deyildiyi kimi, bu ölkə üçün müqəddəs heç nəyin olmadığının göstəricisidir. I Nikolayın sındırılıb-tapdalanmış bayrağını yenidən qaldırmağa çalışan Putin öz hikkəsi üzündən qan və din qardaşlarını acımadan məhv etməkdədir. Müqavimət qabiliyyəti məhv edilərək zombiləşən Rusiya cəmiyyəti isə xırda istisnalar nəzərə alınmasa, bu gedişatı ayaq üstə alqışlayır.

Belə bir şəraitdə Putindən və Rusiyanın dominant xalqından başqa millətlərə münasibətdə hansı anlayışı, sağlam düşüncəni gözləmək olar? Rusiya "OMON”unun iki gün əvvəl Yekaterinburqda azərbaycanlılara qarşı həyata keçirdiyi qanqster reydi, nəticəsd iki soydaşımızın öldürülməsi və onlarla insanın vəhşi zorakılığa məruz qalması artıq bütün çərçivələrin aşılmasıdır.

Uniformalarında Rusiyanın dövlət atributlarını daşıyan qanqsterlərin bu özbaşınalığı qətiyyən təsadüfi sayıla bilməz. Onlar "bespredel”ə nə qədər meyilli olsalar da, Putinin hərbi-polis rejimindən sanksiya almadan nümayişkar formada buna əl ata bilməzdilər. Həm də görünən budur ki, ötən əsrin 90-cı illərində Rusiyanın "gəlmə”lərə qarşı istifadə etdiyi "skinxed”lərin funksiyasını indi reket qruplarına çevrilmiş hüquq-mühafizə orqanları yerinə yetirirlər. Özü də birbaşa Putinin xeyir-duası ilə.

Rusiya Ukraynaya hərbi təcavüzdən iki gün əvvəl müttəfiqlik sazişi imzaladığı Azərbaycana və o ölkədəki azərbaycanlılara münasibətdə niyə belə davranır? Səbəbi aydın və sadədir. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, Moskvanın Bakıya təsir imkanlarını minimuma endirməsi və lazımi siyuasiyalarda Rusiyanı uyğun yerə göndərmək qətiyyəti Putini çilədən çıxarır.

Ukraynada özünün gedər-gəlməzə salan, hərbi yardım üçün Şimali Koreyaya yalavaracaq hala gələn Putin 12 günlük İsrail-İran savaşında səsini də çıxara bilmədi. Çıxarsaydı, nə deyəcəkdi ki? Ukraynaya qarşı istifadə üçün İrandan dron dilənən Putinin onun tərəfində savaşa qoşulması Kreml sahibi üçün heç yuxu mövzusu da deyil. Bunu anlayan Putinin gücü yalnız Rusiyada iş quran azərbaycanlılara çata bilərdi. Amma onlar da sahibsiz deyillər - Azərbaycan dövləti bu yaşananlara gərəkən addımlarla qarşılıq verməkdədir.

"Gil ayı” bütün dünyada təkləndiyinin, sonunun heç də işıqlı olmayacağının fərqindədir. Onun özünə ən yaxın saydığı dövlətlər belə Rusiyadan qopmaq üçün münasib şəraitin yetişməyini gözləyirlər. Bu sırada öndə gələn Belarus da Qərblə münasibətləri normallaşdırmaq niyyəti ilə "arxa bağça”nın inşasına başlayıb. Yəni Putin üçün ərəfə artıq yetişib...

Yekunda ibrətli bir hadisəni xatırladım. 2001-ci ilin sentyabrında futbol üzrə Rusiya yığması Lyublyanada Sloveniyaya uduzdu. Açıq desək, ingilis hakim qərəzli qərarları ilə rusları "dəfn” etdi. Oyundan sonra təşkil olunan mətbuat konfransında hakimin qeyri-obyektivliyinə işə edən Rusiyanın baş məşqçisi Oleq Romantsev belə demişdi: "Bilmirəm, nəyə görə Avropada bizi bu qədər sevmirlər?”

Onun sadəlövh görünən bu sualı o qədər ritorikdir ki...

Mənbə: Report.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 İyun 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri