Icma.az
close
up
RU
“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illərdə valideynləri narahat edən əsas məsələlərdən biri məktəb çantalarının həddindən artıq ağır olmasıdır. Bəzi hallarda çantanın çəkisi 6–7 kiloqrama qədər yüksəlir ki, bu da uşaqların onurğa sağlamlığı üçün ciddi problemlər yarada bilər.

Bəs uşaqların məktəb çantalarının çəkisini azaltmaq üçün təhsil sistemində hansı tədbirlər görülə bilər?

Mövzu ilə bağlı Gununsesi.info-ya açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, tibbi baxımdan məktəb çantasının çəkisi uşağın bədən çəkisinin 10–15 faizini keçməməlidir:

“Məktəbdə uşaqlara sağlam fiziki inkişafın təmin olunması üçün çantaların çəkisi, forması və daşınma qaydası çox önəmlidir. Çox ağır çantalar uşaqlarda onurğa əyriliyinə, el arasında “skolioz” xəstəliyi deyilən vəziyyətə, əzələ gərginliyinə, kürək və bel ağrılarına, həmçinin duruş pozğunluğuna gətirib çıxarır. Duruluş pozğunluğu dedikdə, uşaqlarda onurğa əyriliyinin yaranması nəzərdə tutulur”.

Ekspertin fikrincə, bu problemin qarşısını almaq mümkündür.

“Çanta problemi çox geniş yayılıb, lakin bunun qarşısını almaq olar. Konkret müddəalar var və onlara əməl etmək lazımdır. Mütəxəssislər bildirirlər ki, tibbi baxımdan məktəb çantasının çəkisi uşağın bədən çəkisinin 10–15 faizini keçməməlidir. Məsələn, əgər uşağın çəkisi 30 kiloqramdırsa, onun çantasının çəkisi 3–4,5 kiloqram arasında olmalıdır. Bu həddi keçmək düzgün deyil.

Çantanın forması və dizaynı da çox önəmlidir. Çanta iki çiynə taxılan formada olmalıdır, bir tərəfli daşınmamalıdır. Ortopedik arxalı çantalar seçilməlidir. Çantanın arxa hissəsi sərt və yastı olmalı, bel hissəsinə dəstək verməlidir. Çiyin qayışları yumşaq olmalıdır, çünki sərt qayışlar çiyinə əlavə yük verir. Uşaqlar çantanı hər iki çiynə taxmalıdırlar. Tək çiynə daşınan çantalar onurğa əyriliyinə səbəb ola bilər. Çanta kürək səviyyəsində, çox aşağı sallanmadan daşınmalıdır. Ağır kitab və əşyalar çantanın arxa hissəsinə, yüngül olanlar isə ön tərəfinə yerləşdirilməlidir. Lazımsız əşyalar isə gündəlik çantadan çıxarılmalıdır”-deyə R. Fikrətoğlu fikirlərini yekunlaşdırıb.

Gülxanım Əliyeva

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:321
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Oktyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri