Ağır qəza baş verdi Ölənlər var
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Misirin Qırmızı Dəniz əyalətində turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 39 nəfər xəsarət alıb, iki nəfər isə həlak olub.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı "RT Arabic" yayıb.
Zərərçəkmişlərin 27-si Rusiya vətəndaşı, yeddisi Finlandiya vətəndaşı, ikisi Litva, bələdçi və avtobus sürücüsü də daxil olmaqla üçü Misir vətəndaşıdır.
Qəza nəticəsində iki nəfər - avtobus sürücüsü və turistlərdən biri həlak olub.
Avtobusun qabaq hissəsində olan sərnişinlər daha ciddi xəsarət alıblar.
Bildirilir ki, turistlər ekskursiya proqramı çərçivəsində Qahirəyə gedirmişlər.
Baxış sayı:27
Bu xəbər 11 Noyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















