Tramp həmin səhvləri etiraf etdi
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp “60 Dəqiqə” verilişinə verdiyi geniş müsahibədə Respublikaçılar Partiyasının son seçki uğursuzluqları, daxili immiqrasiya siyasəti, varislik mübarizəsi və şəxsi biznes qalmaqalları ilə bağlı diqqətçəkən etiraflar edib.
“Qafqazinfo” xəbər verir ki, Tramp sənədsiz immiqrantların kütləvi həbsi və deportasiyasına yönəlmiş sərt addımların ictimaiyyətdə ciddi narazılıq doğurduğunu ilk dəfə açıq şəkildə qəbul edib.
Əsasən, ABŞ-də 10 ildən artıq yaşayan və ciddi cinayət törətməmiş immiqrantlara tətbiq edilən tədbirlərin həddindən artıq irəli getdiyini bildirən Tramp bu siyasəti “çox sərt” kimi qiymətləndirib. Bununla belə, sərt immiqrasiya siyasətinin memarı Stiven Millerin aparat rəhbəri təyin olunması administrasiyanın xəttini dəyişib-dəyişməyəcəyi sualını açıq saxlayır.
Müsahibənin diqqət çəkən digər məqamı Trampın siyasi rəqiblərinə bəslədiyi münasibət olub. Rəqiblərini bağışlamaq niyyətində olmadığını vurğulayan ABŞ lideri kəskin ifadələr işlədib: “Düşünürəm ki, onlar çox pis insanlardır. Bəzi düşmənlərimdən, həqiqətən, nifrət edirəm və həmişə belə olacaq. Bağışlamaqdansa, cəhənnəmə getməyi üstün tuturam”.
Vitse-prezident Ceyms Devid Vensin İran əməliyyatına dair tənqidi açıqlamasına toxunan Tramp onun cavablarından tam razı qalmadığını gizlətməyib. Qarşıdan gələn prezidentlik seçkilərində Vensin namizədliyini mütləq dəstəkləyəcəyi barədə zəmanət verməyən Tramp Dövlət Katibi Marko Rubio da daxil olmaqla, bir neçə uğurlu senatorun adını çəkərək varislik mübarizəsini açıq qoyub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 09 Noyabr 2026 20:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















