“Ağır seyidliyinə” görə 16 yaşlı qızı öldürənə məxluqa hansısa imtiyaz tanınacaqmı?”
Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İlahiyyatçı Elşad Mirinin Sabirabadda 16 yaşlı gəlini qətlə yetirməkdə təqsirləndirilən Seyidrəsul Talıbzadənin atası Mirmövsüm Talıbov barədə paylaşımı müzakirə yaradıb.
Pravda.az xəbər verir ki, Elşad Miri qətlə yetirilən gəlinin qaynatasının seyid olması məsələsi gündəmə gətirib.
“Azyaşlı qızı qaçırmasını “seyidliyinə” görə keçiblər. “Ağır seyid” olduğuna görə azyaşlının toyuna rayon rəhbərliyi də səs çıxarmayıb. Bu ağır cinayət hadisəsində bunları görürük: seyidlik məsələsi, azyaşlının ərə verilməsi, qızın qaçırılması, “ağır seyid - ağır ocaq”, polisin toya seyidliyə görə müdaxilə etməməsi, işgəncə ilə cinayətin törədilməsi... Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qadağan etdiyi “İslamda yoxdur” adlı kitabımda İslamda seyidliyin olmadığını və azyaşlıların evləndirilməsinin yolverilməz olduğunu ətraflı qeyd etdiyim halda, Komitə sədrinin müavini Gündüz İsmayılov bunlara haqq qazandırırdı və qazandırır. Bu sahədə çalışanlar da qazandıqları və qazanacaqları fürsətləri itirəcəklərindən qorxduqları üçün səslərini çıxarmırlar. Halbuki Allah “Qurani-Kərim”də bir şəxsi öldürənin sanki bütün insanları öldürdüyünü, ölümdən xilas edənin isə, sanki bütün insanları xilas etmiş hesab olunacağını bildirir. Lakin bu inanc, bu mövhumat insanların bu vəziyyətə düşmələrinə səbəb olur. Maraqlıdır, “ağır seyidliyinə” görə hadisəni törədən məxluqa hansısa imtiyaz tanınacaqmı?” — o bildirib.


