Icma.az
close
up
RU
Dost qazanmaq sənəti

Dost qazanmaq sənəti

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Həyatda çox vaxt özümüzü tənha hiss edirik. Hətta çox darıxsaq belə, bir dostumuza zəng edib: “Bir çay qoy, sizə gəlirik”, - demək cəsarətini özümüzdə tapa bilmirik. Ya da: “Bu axşam yeməyə bizə gəlin”, - deyə təklif edəndə belə sanki tərəddüdlə edirik. Həm həyatda qarşılaşdığımız fərdi və sosial problemlərimizi bölüşmək, həm də cəmiyyətdə qarşılaşdığımız problemlərdən danışmaq üçün səmimi bir dost axtarsaq belə, buna çox çətinliklə nail oluruq. Halbuki böyük və ya kiçik bir şəhərdə yaşayırıq və bu şəhərdə ilk baxışdan onlarla, bəlkə də yüzlərələ qohumumuzla, qonşumuzla, dostumuzla, yoldaşımızla görüşürük. Ancaq yenə də onlarla münasibətdə ən yaxşı halda rəsmiyyətdən uzağa gedə bilmirik. Bəzən aramızda məsafələr, bəzən isə uçurumlar açırıq. Elə isə bəs bütün bunların səbəbi nədir? Əslində, bu sualın cavabı elə bizim insanlarla münasibətlərimizdə gizlidir. Yəni, insanları bu qədər tənhalaşdıran yenə də insanların özləridir. Həyatda insanları bir-birinə yaxınlaşdıran, onları səmimi bir dosta və ya vəfalı bir yoldaşa çevirən “qızıl qaydalar” var. Biz də bu yazımızada o qaydalardan bəhs etməyə çalışacağıq...
Birinci qayda
Qohumumuzu, qonşumuzu, dostumuzu, yoldaşımızı, bir sözlə, heç kimi tənqid etməyin. Çünki insanlara münasibətdə tənqid çox təhlükəli bir qığılcımdır. Səbəbi isə budur ki, insan quru bir məntiqdən ibarət deyil. O, daha çox emosional bir varlıqdır. Yəni, insanın da qüruru, nəfsi və s. istəkləri var. Ona görə də, bu tənqid qığılcımı bir barıt çəllləyindən fərqsiz olan insan qürurunu partlada bilər. Beləliklə, ən yaxın dostlarınızı, yoldaşlarınızı, qohumlarınızı, qonşularınızı itirə bilərsiniz. İnsanlarla humanist münasibətlərdə çox böyük müvəffəqiyyətlər qazanmış Benjamin Franklindən bunun sirrini soruşanda o belə cavab verib: “Bəzi adamlar həmişə tənqid edirlər. Mən heç kimin qüsuru haqqında danışmıram. Hamının pis xüsusiyyətləri varsa, yaxşı xüsusiyyətləri də var. Həmişə insanların yaxşı xüsusiyytlərindən danışıram. Müvəffəqiyyətimin də sirri elə budur”.
Başqalarını tənqid etmək əvəzinə, onları başa düşməyə çalışmaq daha faydalıdır. İnsanlar arasında sarsılmaz sevgi, şəfqət, həmçinin sarsılmaz dostluq, qardaşlıq tənqidlə meydana gəlmir.
İkinci qayda
İnsanları qiymətləndirin, onlara nə qədər mühüm olduqlarını hiss etdirin. Onların yaxşı xüsusiyyətlərini dilə gətirin. Tanınmış filosof Con Dyui insanlardakı ən mühüm hisslərdən birinin sayılıb-seçilmək hissi olduğunu deyir. Təəssüf ki, bu hiss hava və ya su qədər asan təmin olunmur. Gözəl sözlərlə qiymətləndirilmək, gözəl sözlərlə mükafatlandırılmaq hissi insanın ehtiyacının bəlkə də ən şiddətlisidir. Ancaq bəzi insanlar bu arzularının əsiri olmadan həyatda öz yerlərini tapa bilirlər. Bəzi insanlar isə bu arzularının tələsinə düşür, onlara deyilən təriflərə məğlub olurlar. Halbuki nə dostlarımızı, nə də başqalarını bu şəkildə aldatmağa haqqımız yoxdur.
Yaxşı olmaq istəyən, ancaq bunun üçün uyğun mühit tapa bilməyən insanların az da olsa, tərifəlayiq cəhətləri varsa, onları tərifləmək lazımdır. Çünki bu məqamda onları tərifləmək onlarda özünəinam hissini artırmaq deməkdir.
Bəzi alimlərə görə, həyatda sayılıb-seçilmək imkanı tapmayanlar, özlərinə ayrı bir dünya qururlar və o dünyada çox mühüm yerə malik olduqlarını güman edirlər.
Deyl Karnegi bir həkimə sual verir: “İnsanlar nə üçün dəli olurlar?” Həkim belə cavab verir: “Heç kim bunu tam bilmir. Dəlilərin reallıqdan qaçdıqları və xəyallarında sayılıb-seçildikləri bir dünyaya köçdükləri isə mütləqdir”...
ABŞ-də polad istehsalında daha peşəkar insanlar olduğu halda, nə üçün Çarlz Şvaba ildə bir milyon dollar maaş verirdilər? Çünki Çarlz Şvab idarəetmə sənətində usta idi. Bu barədə isə o özü belə deyirdi: “Mən hər şeydən əvvəl insanları həyəcanlandıra bilirəm. Çünki insanların qabiliyyətlərini inkişaf etdirmək onları qiymətləndirilməkdən və həvəsləndirməkdən asılıdır. İdarəçilərin tənqidləri qədər insanlarda işləmək həvəsini öldürən başqa bir şey yoxdur. İnsanlarda qüsur axtaranlara nifrət edirəm. Bəyəndiyim bir şey varsa, tərifləməkdə gecikmirəm. Üstəlik, bundan da böyük zövq alıram. İndiyə qədər hansı işin sahibi olursa-olsun, təriflənən, ancaq həvəslənməyən insan görmədim”.
Humanist münasibətlərdə çox böyük müvəffəqiyyətlər qazanmış Benyamin Franklindən bunun sirrini soruşanda belə cavab vermişdi: “Bəzi insanlar həmişə tənqid edirlər. Mən isə heç vaxt heç kimin qüsuru haqqında danışmadım. Həmişə insanların yaxşı xüsusiyyətlərindən bəhs etdim. Müvəffəqiyyətimin də sirri elə budur”...
Üçüncü qayda
İnsanlara təbəssüm göstərin və ya gülərüz olun. Peyğəmbərimizin (s.ə.s.) tövsiyə və davranışları əslində bizə dost qazanmağın ən sadə yollarını öyrədir. Həmişə təbəssüm edən, kədərli belə olsa, gülər üz göstərən bir Peyğəmbərə (s.ə.s.) ümmət olanlar təəssüf ki, bu gün yolda, küçədə, avtobusda... döyüşə hazır bir düşmən kimi dayanırlar.
Dördüncü qayda
Kiçik maraqlara aludə olub, özünüzü alçaltmayın. Səxavətlilik, əliaçıqlıq ən yaxşı xüsusiyyətləriniz olsun. Bu, əsla sizə yoxsulluq gətirməz.
Beşinci qayda
İnsanlardan salamı əsirgəməyin. Salam versəniz, salam verdiyiniz yerdə sizin haqqınızda mənfi fikirlər olsa belə, yumşalacaq.
Altıncı qayda
İnsanlara qarşı düz olun. Ancaq bu, hər şeyi üzə demək və insanların ürəyini qırmaq demək deyil. Qarşınızdakına deyəcəyiniz sözləri həm yumşaq, həm də sakit şəkildə deyin. Deyəcəyiniz sözlər qarşınızdakının qüruruna toxunacaqsa və bu, sizdə peşmanlıq doğuracaqsa, deməyin. Əgər kiminsə mənfi bir xüsusiyyətini dəyişmək istəyirsinizsə, bunu öz aranızda və xətrinə dəyməyəcək şəkildə edin.
Və nəticə...
Dostlarımızı, yoldaşlarımızı, qohumlarımızı, qonşularımızı, hətta heç kimi tənqid etməyin. İnsanlara həmişə mühüm olduqlarını, sayılıb-seçildiklərini hiss etdirin. Həmişə təbəssüm edin, gülərüz olun, səxavətli davranın, salam verməyi unutmayın. Belə olsa, ətrafımız hər şeyini bizimlə bölüşməyə hazır olan dostlarla dolar və biz onları sayıb-seçdyimiz kimi, onlar da bizi sayıb-seçər... 
Murad Məmmədov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 06 İyul 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see557

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see209

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see204

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see190

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see179

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see177

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see177

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see175

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see172

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see172

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see168

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see167

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see166

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see166

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see166

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see165

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see165

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see165

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see162

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri