Icma.az
close
up
RU
Dövlət dili Azərbaycan dilidirsə, o zaman büdcədən maliyyələşən ümumi təhsil də yalnız dövlət dilində olmalıdır

Dövlət dili Azərbaycan dilidirsə, o zaman büdcədən maliyyələşən ümumi təhsil də yalnız dövlət dilində olmalıdır

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Azərbaycanda 2025-ci il üzrə ümumi təhsil üçün ayrılmış büdcə 2 milyard 347 milyon manatdır. Bu vəsaitin təxminən 400 milyon manatı – yəni 17 faizi – məhz rus bölməsində təhsilin saxlanmasına sərf olunur. Halbuki bu qədər vəsaitlə dövlət dilində tədrisin keyfiyyətini yüksəltmək, müəllim hazırlığını gücləndirmək, dərsliklərin məzmununu yeniləmək, məktəbləri yeni tədris resursları ilə təmin etmək mümkün olardı".

Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.

"Söhbət rus dilindən yox, təhsil siyasətində prioritetlərin düzgün qurulmamasından gedir. Əgər dövlət dili Azərbaycan dilidirsə, o zaman büdcədən maliyyələşən ümumi təhsil də yalnız dövlət dilində olmalıdır. Təhsil haqqında Qanunun 19.2-ci maddəsinə görə, ümumi təhsil Azərbaycan dilində aparılmalıdır. Digər dillərdə təhsil yalnız xüsusi zərurət olduqda, mədəni və etnik azlıqlar üçün nəzərdə tutulub. Amma Bakı və digər şəhərlərdə rus bölməsi artıq alternativ yox, paralel sistemə çevrilib və bu, həm hüquqi, həm maliyyə, həm də strateji baxımdan ciddi uyğunsuzluq yaradır.

Rus bölməsinə ayrılan vəsaitin təyinatını dəyişmək siyasi yox, elmi-pedaqoji yanaşmadır. Əgər həmin 400 milyon manat yerli müəllimlərin ixtisasartırma proqramlarına, məktəb avadanlıqlarının yenilənməsinə, müasir tədris vəsaitlərinin hazırlanmasına və yeni nəsil dərsliklərə yönəlsəydi, nəinki azərbaycan bölməsi güclənərdi, həm də cəmiyyətin içindəki “rus bölməsi daha keyfiyyətlidir” stereotipi ciddi şəkildə sarsılardı. Çünki bu mifin kökündə məhz keyfiyyət fərqi durur – yoxsa dil yox.

Bu gün valideynlərin bir çoxu övladını rus bölməsinə göndərmək üçün xüsusi yollar axtarır. Niyə?

Mən rus dilinə qarşı deyiləm. Mən yanlış təhsil siyasətinə qarşıyam. Dövlət büdcəsi hesabına aparılan tədris yalnız dövlət dilində olmalıdır – amma bu tədris yüksək keyfiyyətli, rəqabətqabiliyyətli və xalqın ehtiyaclarına uyğun olmalıdır. Əgər 400 milyon manatı xərcləyiriksə, onun faydasını Azərbaycan cəmiyyəti görməlidir – təkcə müəyyən bir dil qrupu deyil.

Artıq prioritetləri düzgün müəyyənləşdirməyin vaxtıdır. Təhsil siyasəti tarazlıq tələb edir – maliyyədə, dildə, keyfiyyətdə. Əks halda, biz təkcə pulları yox, gələcəyimizi də səhv istiqamətə yönəltmiş olacağıq", - deyə ekspert qeyd edib.

T.İSMAYIL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 İyul 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see183

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see166

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see150

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see135

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see135

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri