Qonşu ölkəyə qovurucu istilərlə bağlı XƏBƏRDARLIQ edildi Temperatur 44 dərəcəyə çatacaq
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyə əhalisinə iyulun ilk həftəsində havaların isti keçəcəyi ilə bağlı xəbərdarlıq edilib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Meteorologiya Ümumi Müdirliyi məlumat yayıb.
Bildirilib ki, xüsusilə qərb və daxili ərazilərdə termometrlər rekord həddi göstərəcək. Aydında istilik 44 dərəcə, Ədirnə və Muğlada 40, Antalyada 40, İzmirdə 39, Ankara və Konyada 36, İstanbulda 34 dərəcə olacaq.
"Bu yüksək temperatur xüsusilə xroniki xəstəlikləri olanlar, yaşlılar və uşaqlar üçün sağlamlıq riski yarada bilər, ona görə də ehtiyatlı olmaq lazımdır", - məlumatda qeyd olunub.
Bundan başqa, Şərqi Qara dəniz bölgəsi üçün "narıncı" kodlu yağış xəbərdarlığı edilib.

Bakıda temperatur 33 dərəcəyə ÇATACAQ
30 May 2025 09:00
Gələn həftə temperatur 27 dərəcəyə çatacaq
14 Mart 2025 18:05
Temperatur kəskin düşəcək XƏBƏRDARLIQ
12 Dekabr 2024 16:16
Temperatur 33 ə çatacaq Sabahın HAVA PROQNOZU
27 May 2025 12:43
Temperatur 20 dərəcə DÜŞƏCƏK: XƏBƏRDARLIQ EDİLDİ
21 Aprel 2025 18:45

