Ağızdan gələn pis qoxunun təhlükəli səbəbləri açıqlanıb
Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.
Ağızdan gələn xoşagəlməz qoxu əksər hallarda ağız boşluğunun gigiyenasının zəif olması və ya mədə problemləri ilə əlaqələndirilir. Lakin mütəxəssislər bildirirlər ki, bu əlamət bir sıra daha ciddi və təhlükəli xəstəliklərin göstəricisi də ola bilər.
AzPost xəbər verir ki, həkimlərin sözlərinə görə, halitoz adlanan bu vəziyyət bağırsaq problemləri ilə bağlı ola bilər. Bu zaman qarında köp, qaz yığılması kimi əlavə əlamətlər də müşahidə olunur.
Ağızdan pis qoxunun səbəblərindən biri də mədə turşusunun qida borusuna qalxması ilə xarakterizə olunan reflyuks xəstəliyi ola bilər. Qeyd olunur ki, reflyuks hər zaman mədə yanması ilə özünü göstərmir. Onun əlamətləri arasında tez-tez öskürək, gəyirmə, ağızda acı dad və xoşagəlməz qoxu yer alır.
Mütəxəssislər həmçinin qidanın mədədən qida borusuna geri qayıtmasını da risk amili kimi göstərirlər. Bu hal bağırsaq hərəkətlərinin pozulması ilə əlaqədar ola bilər və ağız qoxusuna səbəb yaradır.
Digər mühüm səbəb isə Helicobacter pylori bakteriyasıdır. Bu bakteriya mədədə olduqda ağızdan pis qoxu ilə yanaşı, qarında köp və mədə yanması da müşahidə edilə bilər.
Bağırsaqlarda həddindən artıq bakterial artım da ağız qoxusuna səbəb olan amillər sırasındadır. Bu zaman normalda yoğun bağırsaqda yaşayan bakteriyalar nazik bağırsağa keçir və bu proses çox vaxt bağırsaq peristaltikasının pozulması ilə əlaqələndirilir.
Bundan əlavə, bağırsaq mikroflorasının tarazlığının pozulması da xoşagəlməz qoxunun yaranmasına təsir göstərə bilər.
Mütəxəssislər qeyd edirlər ki, əgər ağız boşluğunun gigiyenası və mədə sağlamlığı qaydasındadırsa, qulaq-burun-boğaz həkiminə müraciət etmək tövsiyə olunur. Belə ki, nadir hallarda rast gəlinən atrofik rinit zamanı burun selikli qişası nazilir, quruyur və bakteriyaların çoxalması üçün əlverişli mühit yaranır. Bu isə ağızdan pis qoxuya səbəb ola bilər.
Həkimlər belə bir əlamət müşahidə edildikdə müayinədən keçməyi, xüsusilə mədədə bakteriyaların olub-olmamasını yoxlatmağı və B12 vitamini səviyyəsini müəyyən etməyi məsləhət görürlər. Bu göstəricilər mədə selikli qişasında baş verən dəyişikliklərlə əlaqəli ola bilər.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 16 Yanvar 2026 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















